Terrorçunun anasından şok ifadə: "Oğlum orada olmayıb" +VİDEO

27-03-2024, 08:44           
Terrorçunun anasından şok ifadə:
“Krokus” teraktı işi üzrə səkkizinci müttəhimin Əlişir Kasımovun anası jurnalistlərə bildirib ki, oğlu terrorçu deyil.

Onun sözlərini RİA Novosti yayıb.

“Oğlum yaxşı insandır. Bu onun günahı deyil. Heç kimi tanımır. O, təkbaşına işləyir”, deyən qadın terror aktını törədənlərin oğlunu onlayn mənzil reklamı platformasında tapdıqlarını bildirib.

59 yaşlı qadın oğlunun son illər Moskvada yükləyici, fəhlə, aşpaz işlədiyini, sonra otaq kirayələyib, çayxana açdığını deyib.Qadının sözlərinə görə,oğlu terrorda iştirak etməyib.

Rano deyib ki, oğlu Tacikistandan olan iki kişiyə mənzil kirayə verib və onlar onu Moskvaya pul qazanmaq üçün gəliblər və tikintidə işləyəcəklərini bildiriblər.

Kasımov martın 26-da həbs edilib. Bir gün əvvəl Moskvanın Basmannı məhkəməsi “Crocus City Hall”da terror aktı ilə bağlı iş üzrə beşinci, altıncı və yeddinci müttəhimlər – İsrail İslamov, onun oğulları Aminçon və Dilovarı həbs edib.

Daha əvvəl Patruşev “Krokus”da baş verən terror aktının arxasında Ukraynanın dayandığını bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru