Ermənistanın qaz kəməri Azərbaycanın nəzarətinə keçir - “Qazprom” təsdiqlədi

27-03-2024, 11:30           
Ermənistanın qaz kəməri Azərbaycanın nəzarətinə keçir -
Qazaxın anklav olmayan 4 kəndinin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) Azərbaycana qaytarılacağı gözləntiləri fonunda ermənilərin müzakirə etdiyi məsələlərdən biri də Rusiyadan Ermənistana gələn qaz kəmərinin taleyinin necə olacağıdır.

Publika.az xəbər verir ki, qaz kəmərinin bir hissəsi Əskipara kəndi ərazisindən keçir. Kəndlərin qaytarılmasından sonra bu qaz kəməri də Azərbaycan ordusunun nəzarətinə keçəcək.

Ermənistan hakimiyyəti bir neçə həftə öncə qaz kəmərinin alternativ istiqamətdən çəkiləcəyini açıqlamışdı. Lakin “Qazprom Ermənistan” QSC bunu təkzib edib.

Ermənistan mediası məsələ ilə bağlı QSC-yə sorğu ünvanlayıb. “Qazprom Ermənistan”ın baş direktorunun müavini Artaşes Qabrielyan sorğuya cavabında bildirib ki, Ermənistan hökuməti ilə belə bir məsələ müzakirə edilmir.

“Qazprom Ermənistan” müzakirə edilən 4 kəndə bitişik ərazilərdə magistral qaz xəttinin yenidən çəkilməsi məsələsini müzakirə etməyib”, - Qabrielyan bildirib.

Ermənistan mediası yazır ki, yeni qaz xətti çəkilməyəcəyi təqdirdə 4 kəndin qaytarılmasından sonra İrəvana gedən qaz kəməri Azərbaycanın nəzarətinə keçəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.