“X” sosial şəbəkəsinin premium istifadəçilərinə şad xəbər - VİDEO

28-03-2024, 18:13           
“X” sosial şəbəkəsinin premium istifadəçilərinə şad xəbər - VİDEO
“xAI” şirkəti tərəfindən hazırlanmış “Grok AI” çatbotunun bu həftə “X” sosial şəbəkəsinin premium istifadəçiləri üçün əlçatan olacaq.

Bu barədə İlon Mask özünün “X” hesabında məlumat verib.

“Bu həftənin sonunda “Grok” yalnız “Premium+” deyil, bütün “Premium” abunəçiləri üçün əlçatan olacaq”, - deyə sahibkar yazıb.

Qeyd edək ki, 2023-cü ilin dekabrında Mask “Grok AI” çatbotunun beta versiyasının istifadəyə verildiyini elan edib. ABŞ-də “X”də yeni neyroşəbəkədən “Premium+” abunəçiləri istifadə edə biliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru