Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.

29-03-2024, 09:34           
Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.
Mənim fikrimcə bu gün "Sosial" verilişlər adı altında "Şou-biznes" verilişi aparan "Aparıcı" və"naməlum ekspertlərin" hüquqi biliklərinin artırmağa və ya maarifləndirməyə daha çox ehtiyacları var. Digər biznes fəaliyyətlərini və millətə vurduqları ziyanı nəzərə almasaq belə, ən azından digər qanunları o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin bu tələblırini bilmələri vacibdir:
Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.
Eyni zamanda qarşı tərəfi dinləmədən, digər tərəf haqqında bir tərəfin iddiaları ilə yalan məlumat yaymaq olmaz
Tərəfləri dinlədikdən sonra isə, tərəflərə qarşı bir tərəfli deyil, yalnız ədalətli rəy vermək.
Televiziya ekranlarındən açıq şəkildə: qarşı tərəfi dinləmədən və ya qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan, bir tərəfin sözü ilə qarşı tərəfi: narkoman, oğru, içki düşkünü, bandit, oğru, şiddət göstərən, adam döyən və sağlamlığa ziyan vuran, məsuliyyətsiz valideynlər və sair kimi təqdim etmələri ən azından bu aparıcı və ekspertlər üçün məsuliyyət yaradır.
Mirvari Gahramanli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.