Bakıda havanın temperaturu nomadan yüksək olsa da, rekord göstərici deyil

23-04-2024, 16:17           
Bakıda havanın temperaturu nomadan yüksək olsa da, rekord göstərici deyil
Son günlərdə temperaturun yüksəlməsi müşahidə olunur. Aprel ayında temperaturun bu qədər yüksəlməsi qlobal istiləşmənin təsirdirmi, yoxsa yaz mövsümündə bu cür istilər normaldır?

Mövzu ilə bağlı TNS-ə açıqlama verən Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, bütün fəsillərdə havanın temperaturunun artması müşahidə olunur: “Ümumiyyətlə, iqlim dəyişmələri fonunda bütün fəsillərdə havanın temperaturunun artması müşahidə olunur. Hazırda aprel ayında biz bunu müşahidə edirik. Hazırda Bakıda müşahidə olunan maksimal temperatur nomadan yüksək olsa da, rekord göstərici deyil. Statistk məlumatlara baxsaq, aprel ayında ayrı-ayrı illərdə (1994, 1998, 2012) maksimal temperatur +31,5 dərəcə olub”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru