Ermənistan Rusiyanın “Birinci kanal”ının yayımını dayandırıb

29-05-2024, 15:14           
Ermənistan Rusiyanın “Birinci kanal”ının yayımını dayandırıb
Erməni Baş nazir deyib ki, yeddi dəfə tələb edirlər, amma yeddinci dəfədən sonra bu tələblərə məhəl qoyulmursa, başqa variant yoxdur, bu telekanallar yayımlanmamalıdır.
Ermənistanda Rusiyanın “Birinci kanal”ının yayımı dayandırılıb.
Bu barədə Sputnik Ermənistan Ermənistan Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.
Mayın 7-də Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın tələblərinə məhəl qoymasalar, ölkədəki Rusiya kanallarını bağlamaqla hədələyib.
Nazirlər Kabinetinin rəhbərinin fikrincə, ölkənin daxili siyasətinə hörmətsiz münasibət kanalların fəaliyyətinin dayandırılmasına gətirib çıxaracaq. O qeyd edib ki, Rusiya kanalları artıq bununla bağlı “çoxsaylı xəbərdarlıqlar” alıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.