“7 il sonra insanlar Marsda yaşayacaq…Yerdə həyat məhv olacaq” –İLON MASK

30-05-2024, 09:24           
“7 il sonra insanlar Marsda yaşayacaq…Yerdə həyat məhv olacaq” –İLON MASK
Amerikalı ixtiraçı və milyarder İlon Mask VivaTech 2024 sərgisində Marsda ilk insanların nə vaxt peyda olacağı barədə danışıb.
TEREF Euronews-a istinadən xəbər verir ki, bu barədə İlon Mask Parisdə VivaTech sərgisində deyib: “Məncə, ilk insanlar Marsda yəqin ki, 10 il, bəlkə də yeddi və ya səkkiz il ərzində peyda olacaqlar”.

Bu sərgidə tamaşaçılar Maskdan istədikləri hər şeyi soruşa bilmək imkanı olub.

“SpaceX-in uzunmüddətli məqsədi həyatı çox planetli etməkdir. Biz davamlı çoxplanetli sivilizasiyaya çevrilməliyik. Bu, Yer kürəsinin tarixində ilk dəfədir ki, mümkün olub. Bu fürsət yalnız qısa müddətdə açıq ola bilər”, – Mask bildirib.

“Son nəticədə bizim bildyimiz nəsə Yer üzündə həyatı məhv edəcək” -deyən Mask əlavə edib ki, Marsa və Aya köçmək uzun müddətli yaşamaq və dərketmə üçün vacibdir.

Yer üzündə yadplanetlilərin olub-olmadığını soruşduqda o, belə cavab verib: “İnsanlar məndən tez-tez soruşurlar ki, Yer kürəsində yadplanetlilərin olduğunu düşünürəmmi? Yadplanetlilərin olduğuna dair heç bir dəlil görməmişəm. Mən bunu görsəydim, sübutları Platforma X-də yerləşdirərdim.”

“Bəlkə biz bu qalaktikada təkik, bəlkə də ancaq biz varıq və şüurumuz son dərəcə kövrəkdir. Mən yadplanetliyəm. Amma heç kim mənə inanmır”, – Elon Mask əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru