Artıq portağal şirəsi əvəzinə naringi şirəsi istehsal ediləcək

30-05-2024, 12:24           
Artıq portağal şirəsi əvəzinə naringi şirəsi istehsal ediləcək
Portağal şirəsi portağalın əvəzinə, naringidən hazırlanacaq.

İndex.az xəbər verir ki, “Financial Times”ın yaydığı məlumata görə, dünyanın ən böyük portağal ixracatçısı olan Braziliyada hava şəraitinin pis keçməsi və bu səbəbdən yetişdirilən portağalın bir hissəsinin itirilməsi istehsalçıları bu addımı atmağa məcbur edir.

Bu qıtlıq artıq bazarlara da təsir etməyə başlayıb.

Belə ki, dünən Nyu-York birjasında konsentratlaşdırılmış portağal şirəsinin yarım litrinin qiyməti 5 dollara çatıb ki, bu da ötən ilki göstəricidən iki dəfə çoxdur.

Beynəlxalq Meyvə və Tərəvəz Şirələri Assosiasiyasının prezidenti Kis Kuls yaranan mənzərəni böhran olaraq adlandırıb.

Kulsun fikrincə, bu proses istehlakçılara ağır zərbə vuracaq və qlobal portağal suyu sənayesini kökündən dəyişdirəcək.

Kuls qeyd edib ki, portağal çatışmazlığı problemi uzun müddət həllini tapmasa, pis hava şəraitinə daha davamlı olan naringilərdən şirə istehsal edilə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.