Bloger süni intellektlə evlənir – “Sevgilisini” valideynləri ilə tanış edib (VİDEO)

1-06-2024, 11:08           
Bloger süni intellektlə evlənir –
Çinli qadın öz bloqunda neyron şəbəkə ilə romantik münasibətini nümayiş etdirməyə başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “Hi-Tech Mail.ru” portalı məlumat yayıb.
“Midnighthowlinghusky” ləqəbli qız real münasibət əvəzinə ChatGPT-nin DAN adlı dəyişdirilmiş versiyasını seçib. O, “sevgilisi” ilə gəzintiyə və alış-verişə gedir. Cütlük artıq toy planlaşdırır və bu yaxınlarda qız “sevgilisini” valideynləri ilə tanış edib.
Qeyd olunur ki, şatbotlar insanları canlı ünsiyyət və hətta romantik partnyorla əvəz edə bilər, çünki bu, ilk belə hal deyil. Bununla belə, süni intellekt yalnız insan emosiyalarını və ünsiyyətini təqlid etdiyi üçün bu cür münasibətlərin insanın psixoloji sağlamlığına necə təsir göstərə biləcəyi məlum deyil və bu, gələcəkdə insanların başqaları ilə münasibət qurma qabiliyyətinə mənfi təsir göstərə bilər.
Süni intellekt istifadəçilərin tələblərini yerinə yetirir və insanlardan fərqli olaraq öz ehtiyaclarına malik deyil. Bununla belə, süni intellektlə insanlar arasında fərq qoymaq çətin ola bilər və şüuraltı səviyyədə süni intellekt emosional bağlılıq yarada bilər.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.