BDU-da hüquqşünaslıq ixtisası ləğv olunur, yoxsa...? - Nazirdən ajiotaj yaradan xəbərə reaskiya

1-06-2024, 17:24           
BDU-da hüquqşünaslıq ixtisası ləğv olunur, yoxsa...? -
Bakı Dövlət Universitetində (BDU) SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının ləğv olunması həmin ali təhsil müəssisəsində eyniadlı ixtisasın bağlanması demək deyil.

Bu fikirləri Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, SABAH qrupları ənənəvi olaraq həmişə bir ali təhsil müəssisəsində tədris olunub: "Bir ixtisas heç vaxt iki universitetdə tədris olunmayıb. SABAH qrupunun əsas fəlsəfəsi də ondan ibarətdir ki, tələbələri bir ali təhsil müəssisəsində toplayaq. Hesab edirəm ki, bu xəbər dünən lazım olduğundan artıq ajiotaj yaratdı".

SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının BDU-da bağlanması həmin ali təhsil müəssisəsində eyni adlı ixtisasın bağlanması demək deyil. Təbii ki, orada hüquqşünaslıq ixtisasına qəbul davam edəcək. Qarabağ Universitetində SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının tədris olunmasına gəlincə, burada tələbələrə daha çox sosial güzəştlər verə bilirik. Bu səbəbdən SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının Qarabağ Universitetində olması ilə əlçatanlığı təmin edə biləcəyik"(Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru