Ukraynanın Vovçansk şəhərindəki son durum açıqlanıb

2-06-2024, 10:04           
Ukraynanın Vovçansk şəhərindəki son durum açıqlanıb
Şiddətli döyüşlərin getdiyi Xarkovun şimalındakı Vovçansk şəhərinin 70 faizi Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır. Hazırda yaşayış məntəqəsində və ətrafında işğalçı qüvvələrə qarşı döyüşlər aparılır.

“Report” “Faktı ICTV”yə istinadən xəbər verir ki, bu barədə “Xortitsya” operativ-strateji qoşun qruplaşmasının sözçüsü Nazar Voloşın telemarafonun efirində açıqlayıb.

“İndi Müdafiə Qüvvələri Vovçansk şəhərinə nəzarət edir, təxminən 70 faizinə. Şəhərdə və onun ətrafında işğalçılarla şiddətli döyüşlər gedir, oradakı rusiyalılar kiçik hücum qruplarında irəliləmək və ya möhkəmlənmək cəhdlərini dayandırmırlar”, – sözçü vurğulayıb.

Bundan başqa, rusiyalı hərbi müxbirlərin sözlərinə görə, adıçəkilən istiqamətdə Ukrayna qüvvələri “fəal əks-hücumlara başlayıblar”.

Xatırladaq ki, mayın əvvəlində Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinə genişmiqyaslı hücumlara başlayıblar. Hücum yönlərindən biri də regionun Vovçansk şəhəri olub. Həftələrdir davam edən döyüşlərə baxmayaraq, rusiyalılar şəhəri ələ keçirə bilməyib. Ayın sonlarına doğru Rusiya ordusunun Xarkov vilayətinin şimalındakı hücumu Ukrayna komandanlığının sözügedən bölgəyə böyük ehtiyatlar göndərməsindən sonra dayanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru