Şahramanyandan 100 milyon tələb olunur

18-06-2024, 18:35           
Şahramanyandan 100 milyon tələb olunur
Ermənistan İstintaq Komitəsi bir neçə gün əvvəl separatçıların rəhbəri Samvel Şahramanyan haqqında araşdırmalara başlayıb. Tribunainfo.az xəbər verir ki, bu barədə erməni Telegram-kanallarında məlumat yayılıb.
Həmin məlumatda deyilir ki, araşdırmaya səbəb Şahramanyanın 23 sentyabr 2023-cü ildə Azərbaycanın keçirdiyi antiterror əməliyyatı zamanı silahları məhv etməsi barədə göstəriş verməməsi və onun separatçıların başında olduqları müddətdə Ermənistan tərəfindən ayrılmış 100 milyon dollara yaxın pulun aqibəti ilə bağlıdır.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə parlamentdə çıxış edən zaman bəyan etmişdi ki, antiterror əməliyyatı zamanı separatçılar silahları məhv etmək yerinə, bir neçə milyard dollarlıq silahların Azərbaycanın əlinə keçməsinə şərait yaradıb.
Həmin məlumatlarda o da vurğulanır ki, İstintaq Komitəsi daha çox 100 milyon dollar məsələsinin araşdırılmasında maraqlıdır. Belə ki, erməni tərəfində əminlik var ki, İrəvanın ayırdığı həmin pullar separatçılar tərəfindən mənimsənilib.
Hal hazırda Şahramanyan və onun yaxın ətrafının mal və mülklərinin dəqiqləşdirilməsi prosesinin getdiyi də deyilir. Bildirilir ki, baş separatçı və yaxın adamlarına qarşı qaldırılmış iddia sübut olunarsa, onların bütün mülkləri əllərindən alınacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru