İngiltərə xəstəxanalarında kişilərə qəribə sual verilir

12-08-2024, 17:58           
İngiltərə xəstəxanalarında kişilərə qəribə sual verilir
Böyük Britaniyada rentgenoloqlar üçün yeni tövsiyələr dərc olunub.

Oxu.Az "The Telegraph"a istinadən xəbər verir ki, indi həkimlər rentgen müayinəsindən əvvəl cinsindən asılı olmayaraq bütün xəstələrdən, o cümlədən də kişilərdən hamilə olub-olmadıqlarını soruşmalıdırlar.

Qərar inklüzivlik və xəstələrin təhlükəsizliyinə dair öhdəliklərin bir hissəsi kimi qəbul edilib, lakin artıq bir çox sual və narazılıq doğurub.

Yeni qaydaların tətbiqinə hamiləliyindən xəbəri olmayan və KT müayinəsindən keçən transgender kişinin işi səbəb olub. Müayinə zamanı onun hamiləliyi üzə çıxıb.

Qeyd edək ki, rentgen şüaları doğulmamış uşaqlar üçün radiasiyaya məruz qalma baxımından zərərlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru