Bizdəki kiberdələduzlar da fərqlidir

13-09-2024, 10:08           
Bizdəki kiberdələduzlar da fərqlidir
Bir neçə ay öncə Səhiyyə Nazirliyinin “e-health.gov.az”, ETN-in “miq.edu.az” məlumat bazalarına kiberhücumla bağlı DTX-nın məlumatı yayılmışdı.
Ötən gün isə DTX bununla bağlı saxlanılan şəxsin Cinayət Məcəlləsinin kibercinayətlər üzrə BİR NEÇƏ MADDƏSİ ilə təqsirləndirildiyini bildirib.
Baxıram ki, kiber hücum edənin də oğurladığı müəllimlərin, ya həkimlərin fərdi məlumatları olub və sonradan da bunu satışa çıxarıb.
Maraqlıdır ki, kiber sahədə müəyyən bilik və bacarığa sahib olan şəxs nədənsə müəllimlərin və həkimlərin məlumat bazasını əldə etmək istəyib. Bəlkə də imtahan sisteminə, suallar bazasına da daxil olmaq istəyib ki, sonradan şparqalka satsın.
Amma bildiyim qədər imtahan sistemi də daxildə, qapalı şəbəkədədir.
Əgər kiberdələduz hüquq-mühafizə qurumlarının, xüsusi xidmətin, heç olmasa bankların məlumat bazalarına hücum etsəydi də eyni maddələrlə təqsirləndiriləcəkdi.
Amma bu halda onun kibercinayətlər üzrə 10 ilədək “srok” almaq yox, heç olmasa xaricdə olduğu kimi, bacarıqlarına görə kiber sahədə yaxşı bir iş tapmaq şansı da ola bilərdi.
Osman Gunduz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru