“25 ildən sonra dünyanı iki böyük fəlakət gözləyir” – Bill Qeyts

13-09-2024, 15:04           
“25 ildən sonra dünyanı iki böyük fəlakət gözləyir” – Bill Qeyts
“25 ildən sonra dünyanı iki böyük fəlakət gözləyir”.

“AzPolitika” xəbər verir ki, “Microsoft”un qurucusu, amerikalı milyarder Bill Qeyts deyib.

O, hesab edir ki, hazırda dünyada baş verən siyasi gərginlik böyük müharibəyə yol aça bilər. Bill Qeyts həmçinin yaxın illərdə “COVİD-19” kimi yeni bir pandemiyanın ortaya çıxa biləcəyi ilə bağlı xəbərdarlıq edib.

“Bugünkü dünyada artan iğtişaşlar böyük müharibəyə səbəb ola bilər. Əgər bu müharibədən qaçsaq, yaxın 25 il ərzində daha bir pandemiya baş verəcək. Dünyaya liderlik etməsini və bir model olmasını gözlədiyim ölkə bu gözləntilərin gerisində qaldı. ABŞ-nin dünya liderliyi rolunu öz üzərinə götürməsi lazımdır”,-deyə o, bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru