Azərbaycanda 1 milyondan çox vergi ödəyicisi var - RƏSMİ

16-09-2024, 00:06           
Azərbaycanda 1 milyondan çox vergi ödəyicisi var - RƏSMİ
Bu il sentyabrın 1-nə Azərbaycanda ötən il sentyabrın 1-i ilə müqayisədə 6,1 % çox - 1 milyon 570 min 205 vergi ödəyicisi olub.

İqtisadiyyat.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bunun 87,2 %-i fiziki şəxslər, 12,8%-i hüquqi şəxslər və digər təşkilatlar olub. Son 1 ildə fiziki şəxslərin sayı 5,9 %, hüquqi şəxslərin sayı 7,3 % artıb.

Avqustun sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı 184 820 vahid təşkil edib.

Bu ilin yanvar-avqust aylarında 8 741 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 7 791-i (89,1 %) yerli investisiyalı, 950-si (10,9 %) xarici investisiyalı müəssisələrdir. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 7 117-si (81,4 %-i) elektron qaydada, onların isə 5 726-sı Asan İmza, 1 372-si finkod+mobil üsulla, 19-u “SİMA” rəqəmsal imza vasitəsi ilə edilmiş müraciətlər əsasında qeydə alınıb.

Bu il sentyabrın 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 38 564 vahid təşkil edərək 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,7 % artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,1 % təşkil edib. Həmin tarixə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,2 %-i məhdud məsuliyyətli cəmiyyət, 1,2 %-i səhmdar cəmiyyət, 1,1 %-i kooperativ və s. formalarda yaradılıb.

Avqustun sonuna dövlət qeydiyyatında olan aktiv kommersiya qurumlarının sayı 1 il əvvələ nisbətən 10,9 % artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru