Bayraq meydanından bayrağımız niyə götürüldü? - İLGİNC

19-09-2024, 15:11           
Bayraq meydanından bayrağımız niyə götürüldü? - İLGİNC
Dövlət Bayraq Meydanından Azərbaycan bayrağı götürülüb.

Axar.az xəbər verir ki, Bayraq Meydanda uzun müddət aparılan təmir işlərindən sonra ötən ay bayrağımız ucaldılsa da, üstündən 2 gün keçdikdən sonra yenidən götürülüb.

Bunun ərazidə aparılan təmir işlərinin yenidən davam etməsi ilə əlaqədar olduğu iddia edilir.

Sözügedən məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinə sorğu göndərsək də, heç bir cavab verilmədi.

Qeyd edək ki, bundan əlavə, Gəncə şəhərinin girişindən və mərkəzindən də bayrağımız yığışdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru