ABŞ-də 2 000 at gücü olan avtomobil təqdim edildi

7-11-2024, 17:38           
ABŞ-də 2 000 at gücü olan avtomobil təqdim edildi
SEMA avtomobil sərgisi çərçivəsində ABŞ-nin "Ringbrothers" şirkəti 1987-ci ildə istehsal olunmuş "Buick Regal Grand National" avtomobilini təqdim edib.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, avtomobil standart tənzimləmələrlə 1 246 at gücü hasil edən 3,8 litrlik tvin-turbo V6 mühərriki ilə təchiz edilib. Lakin onun parametrlərini dəyişdirməklə qüvvəsini 2 000 at gücünə çatdırmaq mümkündür.

Qeyd olunur ki, bu avtomobil üçün mühərrik "Duttweiler Performance" tərəfindən yaradılıb.

Avtomobil "Penske" amortizatorları ilə xüsusi "Roadster Shop" şassisi üzərində qurulub. Avtomobildə "C6 Corvette ZR1"dən karbon-keramik əyləclər və arxada kiçik spoyler, həmçinin "Michelin Pilot Sport Cup 2" şinləri quraşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru