Şokoladlı banan keksini necə asanlıqla hazırlamaq olar? - RESEPT

3-12-2024, 12:08           
Şokoladlı banan keksini necə asanlıqla hazırlamaq olar? - RESEPT
Məşhur britaniyalı aşpaz Meri Berri hazırlamaq istəyəcəyiniz asan şokoladlı banan keksinin reseptini paylaşıb.
Lent.az xəbər verir ki, bu axşam üçün sadə və rahatlaşdırıcı bir şirniyyatdır.Hazırlanması:
yetişmiş banan - 100 q;
süd – 1 xörək qaşığı;
kərə yağı - 50 q;
un - 75 q;
şəkər tozu - 75 q;
soda - 0,5;
qabartma tozu - 0,5;
yumurta - 1 ədəd;
tünd şokolad fişləri - 50 q;
tünd şokolad - 50 q.Sobanı 140C/160C- yə qədər qızdırın.
Bişirəcəyiniz qabı yağlayın. Bananı çəngəl ilə əzin və şokoladdan başqa qalan bütün ləvazimatları əlavə edin,Xəmiri hamarlanana qədər çırpın. Hazırladığınız qarışımı tavaya əlavə edib yaxşı- yaxşı qaşıqlayın ki, üstü düzəlsin. 40-45 dəqiqə bişirin. Banan çörəyi qızılı qəhvəyi olmalıdır və qabın kənarlarından çəkilməlidir. Bişdikdən sonra 10 dəqiqə soyumağa buraxın. Əlavə bəzək üçün şokoladı kiçik parçalara ayırın və əridin. Ərinmiş şokoladı torbaya töküb, keksin yuxarı hissəsindən ziqzaq şəklində çəkin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru