DİQQƏT: "WhatsApp"da yaxınlarınızın adından sizdən borc pul istəyə bilərlər VİDEO

2-12-2024, 12:18           
DİQQƏT: "WhatsApp"da yaxınlarınızın adından sizdən borc pul istəyə bilərlər
Vətəndaşların "WhatsApp" hesabları oğurlanır, telefon kitabçalarında olan nömrələrə mesajlar göndərilir.

Xezerxeber.az xəbər verir ki, son vaxtlar "WhatsApp" yeni dələduzluq növü yayılıb. Kiberdələduzlar artıq hesabı rahatlıqla oğurlaya bilərlər.

Hətta bəzi hallarda sizə kontaktınızda olan bir şəxsin nömrəsi ilə də yaza bilərlər. Bu sizdə inamı artırsa da, diqqətli olmalısınız.

Ekspertlər deyirlər ki, bütün hallarda sizə kimliyindən asılı olmayaraq hər hansı bir şəxs tərəfindən mənbəyi məlum olmayan linklər göndərilsə, açmağa tələsməyin. Əks halda, kiberdələduzlar "WhatsApp" hesabınızı ələ keçirə bilərlər.

Ekspert Azər Əlili tövsiyə edir ki, mütləq qaydada ikili doğrulama funksiyası tətbiq edilməlidir. Bu halda "WhatsApp" və bənzəri messencer tətbiqlərinizin təhlükəsizliyi daha yaxşı qoruna bilər.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru