Aleksandr Nevzorovun qayınanasının evi və torpaq sahəsi müsadirə edildi

6-12-2024, 07:04           
Aleksandr Nevzorovun qayınanasının evi və torpaq sahəsi müsadirə edildi
Sankt-Peterburqun Primorski Rayon Məhkəməsinin qərarı ilə publisist Aleksandr Nevzorovun qayınanası Nataliya Kolesnikovanın Lisiy Nos qəsəbəsində yerləşən evi və torpaq sahəsi dövlət xeyrinə müsadirə edilib.

Bu barədə “İnsider” məlumat yayıb.

Avqustun 8-də Nevzorovun həyat yoldaşı Lidiya ilə anası arasında bu əmlakın alqı-satqısı ilə bağlı müqavilə bağlanıb, məhkəmə müqaviləni etibarsız hesab edib. Hazırda torpaq sahəsi və ev Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyin balansındadır.

Bundan əlavə, noyabr ayında məhkəmə qərarı ilə Nataliya Kolesnikovanın mənzilinin üzərinə həbs qoyulub. Bu əmlakı da qızı onun adına keçirib. İstintaqın fikrincə, sövdələşmə uydurma əqd olub.

Xatırladaq ki, 2024-cü ilin iyulunda Nevzorov və həyat yoldaşı “ekstremist birlik” (Rusiya praktikasında ailənin belə status alması ilə bağlı ilk hal) və onların torpaq sahələri, yaşayış evi, avtomobili və “Piter-Texnoproyekt-novıye resursı” şirkətindəki payı dövlət mülkiyyətinə keçib. Sankt-Peterburq məhkəmələrinin mətbuat xidmətinin bəyanatına görə, bu, “ekstremist fəaliyyətin həyata keçirilməsi üçün” istifadə olunduğuna görə edilib.

Publisist Aleksandr Nevzorov Rusiyada “xarici agent” elan edilib, həmçinin Rusiya ordusu haqqında “saxta” məlumat yaydığına görə qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.