Zelenskidən SON DƏQİQƏ AÇIQLAMASI - 43 min hərbçi HƏLAK OLUB

8-12-2024, 15:46           
Zelenskidən SON DƏQİQƏ AÇIQLAMASI - 43 min hərbçi HƏLAK OLUB
Ukrayna prezidenti Volodimir Zelenski indiyədək müharibədə 43 min hərbçinin həlak olduğunu açıqlayıb.

Bu barədə dövlət başçısı teleqramda bildirib.

Eyni zamanda, o, 370 min yaralıya yardım göstərildiyini deyib. Zelenskinin sözlərinə görə, yaralıların 50 %-i xidmətə qayıdır.

“Rusiya ordusu ilə Ukrayna Müdafiə Qüvvələri arasındakı əsas fərqlərdən biri cəbhədəki səhiyyənin inkişaf səviyyəsidir ki, bu da bizim ordumuzda əhəmiyyətli dərəcədə yüksəkdir”, - prezident bildirib.

O qeyd edib ki, 2024-cü ilin sentyabrından Rusiya “döyüş meydanında bizə qarşı 5 və hətta 6-ya 1 nisbətində insan itirir”. İndi Rusiyanın itkiləri 750 min nəfəri keçib: 198 min ölü və 550 mindən çox yaralı. (Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru