Plastik cərrahların sertifikatları ləğv olunur: Ağır cəza gözlənilir

10-12-2024, 07:15           
Plastik cərrahların sertifikatları ləğv olunur: Ağır cəza gözlənilir
Azərbaycanda bir müddət əvvəl 50-yə yaxın estetik cərrahın saxta yollarla bu sahədə çalışması ilə bağlı gündəmə gələn məsələ daha ciddi şəkil alır.

TEREF Bakupost.az-a istinadən xəbər verir ki, artıq aidiyyəti qurumlar həmin cərrahlarla və onları sertifikasiyadan keçirən qurumun məsul şəxsləri ilə bağlı işi nəzarətə götürüblər.

Məlumata görə, həkimlərin ixtisaslarının dəyişdirilməsi, onlara sertifikatlar verilməsi məsələsində xeyli qanun pozuntularının olduğu üzə çıxıb. Yayılan xəbərlərdə qeyd olunan sertifikatların 30-50 min manat rüşvətlə əldə edilməsinə dair faktların araşdırılmasına başlanılıb.

Eyni zamanda, səhlənkarlıq, qeyri-peşəkarlıq, insanların sağlamlığına zərər vurmaqda adı daha çox hallanan şəxslərin bu sahədə fəaliyyət göstərmələri ilə bağlı icazələrinin ləğv olunması barədə qərar qəbul olunub.

O da bildirilir ki, müvafiq icazəsi olmadan bu sahədə fəaliyyət göstərən digər cərrahların aşkarlanaraq siyahısının tərtib olunması və onlar barəsində tədbir görülməsi üçün araşdırmalar davam etdirilir.

Yaxın vaxtlarda həmin siyahının tədbir görülməsi üçün müvafiq dövlət qurumuna göndəriləcəyi, həmçinin plastik cərrahiyə sahəsində sertifikatlaşdırma qaydalarının sərtləşdiriləcəyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru