Tramp Rusiyanın Ukraynadakı itkilərini açıqladı - Dəhşətli rəqəm

10-12-2024, 11:34           
Tramp Rusiyanın Ukraynadakı itkilərini açıqladı - Dəhşətli rəqəm
ABŞ-ın yeni prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibədə itkilərini açıqlayıb.

Tramp Rusiya tərəfdən təxminən 600 min nəfərin öldüyünü və ya yaralandığını bildirib.

“Suriya? Rusiyanın orada olmasının heç bir mənası yox idi. Onlar əbədi davam edə biləcək müharibədə 600 minə yaxın rus əsgərinin yaralı və ya ölü vəziyyətdə qaldığı Ukraynaya görə Suriyaya maraqlarını itiriblər", - Tramp deyib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiyanın 700 min əsgəri öldürülüb və ya yaralanıb./Publika.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.