"Navio" sürücüsüz yük avtomobilini təqdim etdi

10-12-2024, 18:33           
"Navio" sürücüsüz yük avtomobilini təqdim etdi
"Navio" şirkəti (keçmiş "SberAutoTech") ən yüksək avtonomluq səviyyəsinə malik sürücüsüz yük avtomobilinin prototipini təqdim edib.

TASS xəbər verir ki, sürücü kabinəsi olmayan L5 səviyyəli yük avtomobili dekabrın 11-də keçiriləcək "AI Journey" konfransında nümayiş olunacaq.

Şirkətin məlumatına görə, bu, "Navio"nun sürücü oturacağı olmayan ilk ictimai avtomobili olacaq.

Avtomobil obyektləri tanımaq, zolaqda hərəkət etmək və zolaqları dəyişmək, həmçinin sürət və məsafəni idarə etmək kimi bir çox funksiyaları sərbəst şəkildə yerinə yetirə biləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru