Azərbaycanda təhsil alan xarici tələbələrin sayı açıqlanıb

12-12-2024, 17:14           
Azərbaycanda təhsil alan xarici tələbələrin sayı açıqlanıb
Hazırda xaricdə təhsil proqramı üzrə 21 ölkə üzrə 140 universitetdə 981 tələbə təhsil alır.
Azərbaycanda cari tədris ilində 105 ölkədən 11 minə yaxın tələbə təhsil alır.
Bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov "Elm və ali təhsilin beynəlmiləlləşməsi" adlı tədbirdə çıxışı zamanı deyib.
Şöbə müdiri bildirib ki, bu göstəricidə ötən illə müqayisədə min nəfər artım olub.
Onun sözlərinə görə, siyahıda Türkiyə, Pakistan və İran ilk üçlükdə yer alır. Tibb, iqtisadiyyat və idarəetmə ixtisasları üstünlük təşkil edir.
"Hazırda xaricdə təhsil proqramı üzrə 21 ölkə üzrə 140 universitetdə 981 tələbə təhsil alır", - şöbə müdiri əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru