Los-Ancelesdə 4 partlayış baş verdi: 80 min nəfər təxliyə olunur - VİDEO

9-01-2025, 09:37           
Los-Ancelesdə 4 partlayış baş verdi: 80 min nəfər təxliyə olunur - VİDEO
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhəri yaxınlığında baş vermiş güclü meşə yanğınları səbəbi ilə 4 partlayış baş verib.

TEREF Publika.az – a istinadən xəbər verir ki, güclü külək Pasadena, Pasifik Paliseyds və Silmar məhəllələri ətrafında yanğınları gücləndirib və 80 mindən çox sakini təhlükəsiz əraziyə təxliyəyə məcbur edib. Los-Anceles bölgəsində baş verən yanğınlar nəticəsində ən azı iki nəfərin həlak olduğu bildirilir.

Vilayət meri Karen Bass meşə yanğınlarının daha da intensivləşəcəyinə dair xəbərdarlıq edib. Yanğınlar indiyə kimi mindən çox tikilini məhv edib. Los-Anceles şəhərinin Yanğından Mühafizə Xidmətinin rəisi Entoni Maronun açıqlamasına görə yanğınlar 20 kvadratkilometrdən çox ərazini əhatə edib və hələlik alovu nəzarət altına almaq mümkün olmayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru