USAID tarixə qovuşur - lövhələrini sökməyə başladılar

4-02-2025, 10:24           
USAID tarixə qovuşur - lövhələrini sökməyə başladılar
Maskın rəhbərlik etdiyi ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) əməkdaşları artıq agentliyin kompüter sistemlərinə giriş əldə ediblər.
"Fox News" məlumat yayıb.
Bildirilir ki, bu amerikalı sahibkar İlon Maskın agentliyi bağlayacağına dair vədi fonunda baş verib.
"Vaşinqtondakı Ronald Reyqan binasındakı USAİD-in qərargahından nişanlar yığışdırılıb", - məlumatda deyilir.
Maskın rəhbərlik etdiyi ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) əməkdaşları artıq agentliyin kompüter sistemlərinə giriş əldə ediblər.
Mask fevralın 2-də USAID-i "cinayətkar təşkilat" adlandırıb. Sosial media X-də ayrıca bir paylaşımda o, agentliyin "Amerikaya nifrət edən radikal solçu marksistlər üçün gürzə yuvası" olduğunu söyləyib.
Qərb mediası yanvarın 28-də ABŞ-ın digər ölkələrə yardımını dayandırmasından sonra Tramp administrasiyasının USAİD-in 60-a yaxın yüksək rütbəli məmurunu məzuniyyətə göndərdiyini yazıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp USAID rəhbərliyində ifrat radikalların olduğunu bildirib. Bundan əvvəl Tramp agentliyin təşəbbüslərini 90 gün müddətinə dondurub - bu müddət ərzində onların proqramları yoxlanılmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru