Niyə ailə bir masa arxasında yemək yeməlidir? – Psixoloq açıqladı

18-02-2025, 16:58           
Niyə ailə bir masa arxasında yemək yeməlidir? – Psixoloq açıqladı
Müasir dövrdə insanlar tez-tez tək və ya telefon, televizor qarşısında yemək yeyir, bu da ailə bağlarını zəiflədə bilər. Foodinfo.az xəbər verir ki ich psixoloqlar Halit Tekin ailənin bir masa arxasında yemək yeməsinin psixoloji və emosional sağlamlıq üçün vacib olduğunu vurğulayır.Onun fikrincə ailəvi yeməklər emosional bağlılığı gücləndirir və açıq ünsiyyət mühiti yaradır. "Ailə üzvləri gün ərzində baş verən hadisələri bir-biri ilə paylaşanda onların arasında etibar və bağlılıq artır," – deyə mütəxəssis qeyd edir.Ortaq yemək adəti uşaqların psixoloji inkişafına da müsbət təsir göstərir. Psixoloqların araşdırmalarına görə, birlikdə yemək yeyən ailələrin uşaqları daha az stres yaşayır, özgüvənləri daha yüksək olur və akademik uğurları artır.Bundan əlavə, ailə süfrəsi sosial bacarıqların inkişafına kömək edir. Uşaqlar böyüklərlə ünsiyyət qurmağı, mədəni davranış qaydalarına riayət etməyi öyrənir. Yemək zamanı birgə vaxt keçirmək uşaqların emosional dayanıqlığını gücləndirir və onların gələcəkdə sağlam münasibətlər qurmasına kömək edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.