Britaniya şahzadəsinə ABŞ-də cinayət işi açıla bilər

17-02-2025, 16:21           
Britaniya şahzadəsinə ABŞ-də cinayət işi açıla bilər
Britaniya şahzadəsi Harrinin ABŞ vizası üçün verdiyi müraciətdə qadağan olunmuş maddələrdən istifadə etməsi barədə yalan danışdığı təsdiqlənərsə, ona qarşı cinayət işi açıla bilər.

Oxu.Az-ın məlumatına görə, bu barədə "The Daily Mail" qəzeti məlumat yayıb.

Məlumata görə, belə bir halda ABŞ Prezidenti Donald Tramp iddianı dəstəkləyəcək.

Bildirilir ki, ABŞ vizası üçün müraciət edərkən narkotik istifadəsi barədə yalan danışan hər hansı bir şəxsə beş ilə qədər həbs cəzası, cərimə və ya deportasiya təhlükəsi var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru