Azərbaycan ötən ay 19 milyon dollarlıq neft məhsulları ixrac edib
18-02-2025, 15:44
Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 41 min 644,88 ton həcmində neft məhsulları ixrac edib.
İndex.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 19 milyon 140,69 min ABŞ dolları təşkil edib.
İxrac edilən neft məhsullarının həcmi 2023-cü ilin yanvar ayı ilə müqayisədə 48,4 %, dəyəri isə 9,8 % artıb. Ötən il neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 0,63 % olub.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 5 milyard 90,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 38 milyon ABŞ dolları ixracın, 2 milyard 52 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 64,8 % artıb, idxal isə 79,7 % artıb.