Marsla Yerin daha bir oxşarlığı tapıldı

27-02-2025, 15:14           
Marsla Yerin daha bir oxşarlığı tapıldı
Marsla bağlı son araşdırmalar və tədqiqatlar yeni və maraqlı faktları üzə çıxarıb.

Son dövrlərdə alimlər qırmızı planetin gizli sirləri və oradakı həyatın mümkünlüyü ilə bağlı daha çox məlumat əldə ediblər. Bu yeni kəşflər Marsın keçmişi və gələcəyi haqqında anlayışımızı genişləndirir və insanlığın bu unikal planetə göndərəcəyi növbəti missiyalar üçün böyük ümidlər bəsləyir.

Tədqiqatçılar Marsda bir vaxtlar okeanların mövcud olduğuna dair yeni sübutlar aşkarlayıblar. Çinin "Zhurong" roveri vasitəsilə aparılan yeraltı tədqiqatlar nəticəsində planetin səthində basdırılmış qədim sahil xətti müəyyən edilib. Tədqiqatın müəllifi Benjamin Kardenas bildirib ki, "Zhurong" roveri Marsın "Utopia Planitia" bölgəsinin cənubunda aparılan araşdırmalar zamanı sahil xəttlərinə bənzər quruluşlar aşkar edib.

Radar məlumatları Yerdəki çimərlik sahillərində rast gəlinən geoloji xüsusiyyətlərə oxşarlığı ilə diqqət çəkib. B.Kardenasın sözlərinə görə, bu tapıntılar Marsda bir vaxtlar axar çayların və dalğaların olması ehtimalını gücləndirir. (Milli.Az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru