O zirehli texnikaya Hökümənin adı verildi – Video

1-03-2025, 00:08           
O zirehli texnikaya Hökümənin adı verildi – Video
Qazaxıstanda istehsal olunan hərbi xarakterli zirehli ambulans maşınına Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın adı verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan “Paramount Engineering and Weapon Systems Engineering”in təsisçisi, ölkənin İqtisadi Müstəqillik Hərəkatının Lideri Aybek Barış sosial media hesabında məlumat verib.

“Baxın bu ambulansın adı Hökümə Əliyevadır. O, Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin ekipaj üzvü idi.

Öz həyatının sonlanacağını bildiyi halda həyəcan keçirmədən, son ana kimi insanların həyatını xilas etmək üçün mübarizə aparan qəhrəman…

Buna görə, o, təkcə Azərbaycanın yox, bütün türk dünyasının qəhrəmanıdır. Bu ambulansın da məqsədi insanların həyatını xilas etməkdir. Hökümənin ruhu şad olsun! Hamımız sağlam və güvəndə olaq” , – sözlərini deyib.

Milli Qəhrəmanın adı verilən həmin texnikanın görüntülərini təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru