Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb

1-03-2025, 15:34           
Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb
Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb.

İndex.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN) “Telegram” kanalında məlumat verilib.

Hazırda FHN-in Saxalin vilayətindəki əməkdaşları balıqçıları xilas etməyə çalışırlar. Buz kütləsi Lesnoye kəndi yaxınlığında sahildən 700 metr aralıdadır.

Xilaetmə əməliyyatına 11 nəfər, 6 texnika, o cümlədən “Xivus” hava gəmisi cəlb olunub. Bundan başqa, “Mi-8” helikopteri hazır vəziyyətə gətirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru