Tualetdə 2 dəqiqədən çox qalanların maaşından kəsiləcək

2-03-2025, 10:04           
Tualetdə 2 dəqiqədən çox qalanların maaşından kəsiləcək
Çndə yerləşən “Three Brothers Machine Manufacturing” adlı istehsalat şirkəti işçilərə tualet qadağası qoyub.

Bu barədə "South China Morning Post" məlumat yayıb.

Qeyd olunur ki, yeni qaydalara görə, işçilər iş saatları ərzində tualetdən 2 dəqiqə ərzində istifadə etməlidirlər.

Əgər hansısa işçi tualetdə təyin edilən vaxtdan çox qalarsa, şirkət tərəfindən cəzalandırılacaq.
İşçilərin sadəcə idrar etmək üçün tualetə getməsinə icazə verilir. Lakin hər hansı sağlamlıq probleminə görə tualetdə daha çox qalmaq istəyənlər əvvəlcədən insan resursları şöbəsindən icazə almalıdırlar.

Şirkət tualet yaxınlarına kameralar yerləşdirərək işçilərə nəzarət etməyə başlayıb.

Əgər işçilərin qaydalara əməl etmədiyi aşkarlanarsa 100 yuan (təx.24 AZN) cərimə tətbiq ediləcək.

Şirkət "Huang Di Nei Jing"ə (Sarı İmperatorun Daxili Kanonu) istinad edərək, bu siyasətin iş yerində nizam-intizamı, səmərəliliyi və işçilərin mənəviyyatını artırmaq məqsədi daşıdığını iddia edir. (ölkə.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru