"X" platformasına miqyaslı kiberhücum edilib

11-03-2025, 11:34           
"X" platformasına miqyaslı kiberhücum edilib
Bu gün miqyaslı kiberhücum nəticəsində "X" platformasının fəaliyyətində problemlər yaranıb.

Trend xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsinin baş direktoru İlon Mask platformadakı hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, hücum platformanın adətən üzləşdiyi gündəlik kibertəhdidlərdən xeyli miqyaslı və daha koordinasiya edilmiş olub:

"X"ə miqyaslı kiberhücum olub və hələ də davam edir. Bizə hər gün hücum edirlər, amma bu hücum əhəmiyyətli resurslardan istifadə edilməklə həyata keçirilib. Hücumda ya iri, koordinasiya edilmiş qrup, ya da bütöv bir ölkə iştirak edir. İzləyirik", – deyə Mask qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru