Saakaşviliyə daha bir hökm oxundu: 4,6 il...

17-03-2025, 12:13           
Saakaşviliyə daha bir hökm oxundu: 4,6 il...
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili qanunsuz sərhəd keçidi ittihamı ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qaynarinfo xəbər verir ki, bu cəza onun büdcə vəsaitlərinin israfına görə əvvəlki 9 illik həbsinə əlavə olunub.
Beləliklə, Saakaşvili ümumilikdə 12 il 6 ay həbsdə qalacaq. Onun həbs müddəti 1 oktyabr 2021-ci ildən hesablanır.

Sabiq prezident 29 sentyabr 2021-ci ildə Ukraynadan gizli şəkildə Gürcüstana qayıtmış, həmin vaxt artıq qiyabi olaraq 6 il həbs cəzasına məhkum edilmişdi. 2022-ci ildən cəzasını "Vivamed” klinikasında çəkir. Eyni zamanda, ona qarşı 7 noyabr 2007-ci il hadisələri ilə bağlı məhkəmə prosesi davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru