Azərbaycan qızıl istehsalını 80%-dən çox artırıb

18-03-2025, 17:54           
Azərbaycan qızıl istehsalını 80%-dən çox artırıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 478,3 kq qızıl, 776,6 kq gümüş istehsal edilib.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 81,4 %, gümüş istehsalı isə 36,8 % artıb.

Ötən 2 ay ərzində Azərbaycanda mis konsentratının istehsalı 356,3 ton olub ki, bu da bir il öncəki göstəricidən 11,1 dəfə çoxdur.

Bu ilin martın 1-nə olan məlumata görə, ölkədə 160,4 kq qızıl, 668,9 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə 234,5 ton təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru