Modi Trampın sosial şəbəkəsinə qoşuldu

18-03-2025, 09:22           
Modi Trampın sosial şəbəkəsinə qoşuldu
Hindistanın Baş naziri Narendra Modi ABŞ Prezidenti Donald Trampın "Truth Social" sosial şəbəkəsinə qoşulub.

TASS xəbər verir ki, bu, amerikalı liderin Hindistan hökumət başçısının bloqer Leks Fridmanla müsahibəsinə keçid paylaşmasından bir neçə saat sonra baş verib.

"Truth Social"da olmaqdan məmnunam. Burada bütün tərəfdarlarla ünsiyyət qurmağı və gələcəkdə mənalı söhbətlərdə iştirak etməyi səbirsizliklə gözləyirəm", - Modi ilk paylaşımında yazıb və 2019-cu ildə Hyustonda keçirilən tədbirdə Trampla əl-ələ tutaraq iştirakçıları salamladıqları fotoşəkili əlavə edib.

Hindistanın baş naziri platformaya qoşulduqdan qısa müddət sonra Trampın və vitse-prezident Cey Di Vensin səhifəsinə abunə olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru