Papa beş həftə sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı

24-03-2025, 00:05           
Papa beş həftə sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı
Fevralın 14-də xəstəxanaya yerləşdirilən Papa Fransisk son beş həftədən sonra ilk dəfə dindarların qarşısına çıxıb.

TEREF Report-a istinadən xəbər verir ki, o, ənənəvi bazar günü xeyir-dua vermək üçün Romadakı Aqostino Gemelli xəstəxanasının pəncərələrindən birinin eyvanına çıxıb və bundan sonra tibb müəssisəsindən buraxılıb.

Xəstəxananın qarşısına yüzlərlə adam toplaşıb. İntensiv oksigen terapiyası alan Papa zəif səslə "Hamınıza təşəkkür edirəm" deyib.

O, iqamətgahı olan Vatikanın Müqəddəs Marta otelində, xüsusən də səsini bərpa etmək üçün əlavə müalicə alacaq. Onun fəaliyyəti əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru