Əsədin atasının məzarından qalıqlarını çıxardılar – VİDEO

29-04-2025, 07:14           
Əsədin atasının məzarından qalıqlarını çıxardılar – VİDEO
Naməlum şəxslər Suriyanın keçmiş prezidenti Hafiz Əsədin Latakiya əyalətinin Qardaha şəhərində məzarından qalıqlarını çıxarıblar.

Tribunainfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Suriya telekanalı məlumat yayıb.

“Bazar ertəsi sosial şəbəkələrdə fəallar keçmiş prezident Hafiz Əsədin məzarının eksqumasiyasını əks etdirən fotoşəkillər və videolar yayıblar”, – məlumatda deyilir.

Telekanalın qeyd etdiyi kimi, yayımlanan videogörüntülərdə məzarın təhqir edilməsini Latakiyada fəaliyyət göstərən silahlı qruplaşmaların üzvü olan hərbi geyimli şəxslər həyata keçirir.

Qeyd edək ki, Hafiz Əsədin məzarı ikinci dəfədir ki, vandalizmə məruz qalıb. Daha öncə 2024-cü ilin dekabrında, devrilmiş Suriya Prezidenti Bəşər Əsədin ölkəni tərk etməsindən bir neçə gün sonra baş vermişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru