Putin universal hava hücumundan müdafiə sistemi yaratmağı tapşırdı

13-06-2025, 10:27           
Putin universal hava hücumundan müdafiə sistemi yaratmağı tapşırdı
"Yeni dövlət silahlanma proqramı universal hava hücumundan müdafiə sisteminin formalaşmasını təmin etməlidir".

TASS-ın verdiyi xəbərə görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

"Yeni dövlət silahlanma proqramı istənilən şəraitdə işləməyə və növündən asılı olmayaraq hava hücumu silahlarını effektiv şəkildə məhv etməyə qadir olan universal hava hücumundan müdafiə sisteminin formalaşmasını təmin etməlidir", - deyə o vurğulayıb.

Putinin sözlərinə görə, müxtəlif tipli pilotsuz uçuş aparatlarına qarşı mübarizə yeni yanaşmalar və qeyri-standart həllər tələb edir: "Bu sahə xüsusilə aktual olaraq qalır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru