Göytəpə şəhər 1 saylı tam orta məktəbindən Təhsil Nazirinə açıq məktub: "Təhsilə , millətin gələcəyinə bu qədər biganə olmaq olmaz axı.."

12-01-2017, 11:40           

teref.aznun poçtuna Cəlilabad r-on Göytəpə şəhər 1 saylı tam orta məktəbinin müəllimi Etiraf Vəliyeva tərəfindən Təhsil Naziri Mikayıl Cabbarova ünvanlanmış məktubun surəti daxil olub. Müəllim məktubda yazır:
Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarov
Cənablarına

Cəlilabad r-on Göytəpə şəhər 1 saylı tam orta məktəbin müəllimi Etiraf Vəliyeva
tərəfindən

Açıq məktub !

Hörmətli Cənab Nazir ,
Birinci yarım ilin sonuna artıq bir -iki həftə qalıb və bizim məktəbdən sentyabr ayından bu günkü günə qədər ünvanınıza yazılmış saysız-hesabsız məktub və telaqramlara hələdə cavab yoxdur. Məhz bu səbəbdən artıq sizə açıq məktub yazmaq qərarına gəldim.

Ötən tədris ilinin sonunda məktəbimizə pedaqoji təhsili olmayan Natavan Şıxova təyin olunanda kollektivin böyük hissəsi onun səriştəsizliyini əsas gətirərək narazılığını bildirsə də, rayon təhsil şöbəsinin əməkdaşı bu etiraza məhəl qoymadan onu təyin etdilər. Sentyabr ayı gələndə isə direktor Natavan Şıxova bizi çağıraraq uşaqlardan "odun pulu", "tims pulu" və sinif jurnalına pul yığmağı tələb etdi. Biz buna valideyinlərin şikayət edəcəyindən qorxuruq deyib edə bilməyəcəyimizi desək də , direktor bizi hədələməy başladı. Qanunsuzluqla bağlı bir çox yerlərə hətta prokurorluğa , korrupsiyaya qarşı mübarizə idarəsinə də şikayətlər etdik. Cəlilabad rayon prokurorluğundan gələn şəxs əvvəlcə obyektiv araşdırma aparsada , sonradan nədənsə həmin izahat verən müəllimləri məktəbə çağıraraq izahatları dəyişməyə məcbur etdilər. Dövlət qanunlarına inanaraq şikayət etdiyimizə görə direktor özünə yaxın olan bir iki qadın müəllimi toplayaraq bizi müəllim adına yaraşmayan , etik davranış qaydalarından tamamilə uzaq, əxlaqa zidd ifadələrlə təhqir etdirməyə başladı. Ona pul vermədiyimizə görə qeyri-qanuni olaraq şikayət edən müəllimlərin əmək haqqından tutdular. İlin ən yaxşı məktəbi olan məktəbimiz sözün əsl mənasında xarabalığa çevrilib. Valideynlərdən pul yığaraq odun -yanacaq alınması bir yana , odunu şagirdə doğradıb heç bir təhlükəsizlik qaydalarına riayət edilmədən elə şagirdlərin özlərinə sobanı yandırtdırırlar. Anti-sanitariya baş alıb gedir . Məktəbin ərazisinə qonşuluqda olan evlərdən kanalizasiya suları və zibillər tökülür . Şagirdlər üçün ayaqyolu yoxdur. Toz-torpaq içərisində olan siniflərə şagirdlər pul verməsələr təmizlənmir. Halbuki, dövlət soba yandırmaq üçün mövsümi işçi "ocaqçı" və otuz beş xadiməçi götürsələrdə onların iyirmisi məktəbə gəlmir və onların maaş kartları direktorun cibindədir. Bunu hətta Natavan Şıxova da dolayısıyla təsdiq edərək bilrimişdi ki, maaş kartları onda yox, RTŞ müdiri Elminaz Nadirovadadır. Bir iki sinif istisna olmaqla bütün siniflərdəki partalar , stol-stullar sınıqdır və bu üzdən siniflərdə şagirdlər üç-üç otururlar. Son iki aydır məktəbdəki siniflrin çoxunda istilik yoxdur . Məktəbdə dərs keçmək və işləmək üçün heç bir şərait qalmamışdır. Tərbiyə işi demək olar aparılmır. Dəhlizdəki səslərdən sinifdə dərs demək olmur .Şagirdlər arasında baş verən bıçaqlanma hadisəsi məktəb direktoru tərəfindən gizlədilmişdi.Rayon Təhsil rəhbərliyinə edilən şikayətlər isə qulaqardına vurulur. Məktəbin həmkarlar təşkilatının sədri müddətli müqavilə ilə işlədiyindən heç bir problemin həllində müəllimlərə kömək etmir. Məktəbdə adı və jurnalı olub özü olmayan siniflər və eyni zamanda müəllimlər var. Bütün bunlardan isə rəsmi qaydada dəfələrlə sizə və hətta prokurorluğa müraciət edilməsinə baxmayaraq heç bir tədbir görülmür. Təhsilə , millətin gələcəyinə bu qədər biganə olmaq olmaz axı..

Ümüd edirəm ki, saytlar vasitəilə etdiyim bu müraciətin sizə çatmasının qarşısını ala bilməyəcəklər və siz bu barədə lazımi tədbir görəcəksiniz.

Hörmətlə , Vəliyeva Etiraf Vəli qızı
Məktubda adı çəkilən şəxslərinin fikirlərini dinləyə bilərik!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.