Abdin Fərzəliyevin rayonunda zibil aşıb daşır-Müavini Şahmar İbadovun milyonluq villası “çiçəklənir“-Şikayət

13-01-2017, 00:25           
Abdin Fərzəliyevin rayonunda zibil aşıb daşır-Müavini Şahmar İbadovun milyonluq villası “çiçəklənir“-Şikayət
Bakının Nərimanov rayon icra başçısı sosial problemlərin həllinə biganədir


Abidin Fərzəliyev Atatürk prospektindəki bir çox binaların həyətindəki zibil dağlarından xəbərsizdir.

Tərəfdar.az-a müraciət edən bina sakinlərinin sözlərinə görə, dörd gündür məişət tullantıları təmizlənmir. Onların dediyinə görə, antisanitariya tez-tez yaranır.

Bu vəziyyət rayonun bir çox massivlərində hökm sürür. Nərimanov rayon ərazisində yerləşən əksər binaların və həyət evlərinin ətrafı zibilliyə çevrilib.

Sakinlər qeyd edirlər ki, Nərimanov rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən təsərrüfat şöbəsi iflic olub. Montin qəsəbəsi, Atatürk prospekti ətrafı, Keşlə qəsəbəsi və s. yaşayış massivlərində A.Fərzəliyevin idarəçiliyinin analoqsuz nümunələrinə rast gəlmək olar.



Tərəfdar.Az-ın xəbərinə görə, Bakının mərkəzi rayonlarından biri olan Nərimanovda hər hansı abadlıq-quruculuq işləri də nəzərə çarpmır.

Elə gördüyümüz həmin rayondur və dəyişən bir yenilik yoxdur. İddialara görə, Nərimanov rayonundakı gəlirli sahələrin yarıbayarısı A.Fərzəliyevin müavini Şahmar İbadovun nəzarətindədir.

Bu imkanlara sahiblənməsi təbii ki, onun siyasi gücünü də artırıb. Onun adı milyon manatlarla ölçülən daşınmaz əmlakların sənədləşdirilməsində hallanır.

İddia olunur ki, başçı müavini Fərzəliyevin himayəsi və göstərişləri əsasında, bəzən isə onun xəbəri olmadan bir sıra əməliyyatlar həyata keçirməyə müvəffəq olub.

Daşınmaz əmlak qeydiyyatından əlavə, binaların sökülməsi, plana düşən tikililərə görə kompensasiyaların bölüşdürülməsi işlərinə də sahiblik edib.

Bəzi qaynaqlardan gələn xəbərlərdə bildirilir ki, İbadov Nərimanov ərazisində poluiteran materialların binalara üzlənməsində belə baş məsləhətçi olub.

Tərəfdar.Az xəbər verir ki, Şahmar İbadov paytaxtın 9-cu mikrorayonunda qiyməti milyonlarla ölçülər villaya sahibdir. Azərbaycan Respublikasının “Dövlət Qulluğu haqqında” qanununa əsasən, yerli İcra hakimiyyətlərində çalışanlar, icra başçısı istisna olmaqla dövlət qulluqçusu hesab olunur.

İcra başçıları, həmçinin nazir və komitə sədrləri siyasi təyinatlı vəzifə sahibləridir və dövlət qulluqçusu statusuna sahib deyillər. Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan yerli İcra Hakimiyyəti orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçuların maaşı ilə bağlı təqdim edilən məlumatlara görə, icra başçısı və müavininin əmək haqqısı elə də böyük deyil.

Rayon və şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) Gəncə və Sumqayıtda 870 manat, əhalisinin sayı 100 min nəfərdən çox olan yerli İcra Hakimiyyəti orqanlarında 790 manat, əhalisinin sayı 50-100 min nəfər olan yerli İcra Hakimiyyəti orqanlarında 775 manat maaş alır. 174600 nəfər əhalisi olan Nərimanov rayonunda icra başçısının maaşı dəbdəbəli villaya sahib olmağa yetməz.

Nərimanov ratonunda isə problemlərdən daşır. Montin bazarındakı vəziyyətdən tutmuş ara yolların bərbad olmasına qədər. Adi fakt: qanunsuzluq o həddə çatıb ki, artıq binaların dörd tərəfi belə balkonlarla əhatə olunub.

Adətən, binaların arxa və ön tərəflərində balkonların ucaldılmasının şahidi olmuşduq. Amma binaların sol və sağ tərəflərində balkonların tikilməsinin şahidi olmamışdıq.

Onu da deyək ki, son devalivasiyadan sonra əksər icra başçılarının gəlirlərində kəskin azalmalar müşahidə edilir. Daha əvvəlki kimi böyük qazanclar əldə edə bilməyən, üstəlik, bunun mümkün olmadığını görən rayon rəhbərləri əlavə qazanc mənbələri axtarmağa başlayıblar.

Nərimanovun icra başçısı Abidin Fərzəliyev isə digər həmkarlarından fərqli olaraq, yeni vasitələr tapmağa nail olub. O, avtoyuma məntəqələrindən qazanc mənbəyi olaraq istifadə edə biləcəyini düşünərək, addım atıb.

Məlumatlara görə, elə bu səbəbdəndir ki, Fərzəliyev həmin məntəqələrə aylıq haqq qoydurub.

İddialara görə, icra başçısının yaxın adamları qısa müddətdə Nərimanov rayonu ərazisində fəaliyyət göstərən bütün avtoyuma məntəqələrinə baş çəkərək, bundan sonra yeni qaydalarla işləyəcəkləri barədə xəbərdarlıq edib.
RİH-nin mövqeyini dərc etməyə hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.