Sumqayıt MERO- sunun rəisi idarəni bazara çevirib - Mirəli Şıxaliyev kimə arxayındır
22-06-2015, 11:27
Ötən sayımızda da qeyd etdiyimiz kimi, "Polad" ləqəbli Mirəli Şixəliyevin rəisi olduğu Baş Dövlət Yol Polis İdarəsinin Sumqayıt şəhərindəki 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsində ("MERO") çox ciddi neqativ hallara yol verilir. Bununla bağlı redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, "Polad" ləqəbli Mirəli Şixəliyevin rəhbərlik etdiyi "MERO"da sürücülük vəsiqəsi verilmir, satılır. "Polad" ləqəbli Mirəli Şixəliyevin müxtəlif yollarla topladığı sərvətin ucu-bucağı yoxdurMənbə iddia edir ki, Sumqayıt şəhərindəki 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinə müraciət edən şəxslər süni əngəllər, əlavə problemlərlə üz-üzə qalırlar: "Sumqayıt "MERO"ya sürücülük vəsiqəsi almağa gələnlər özlərini hansısa dövlət qurumunda yox, sanki bazardakı kimi hiss edirlər. Çünki "Polad" ləqəbli Mirəli Şixəliyevin rəisi olduğu şöbədə sürücülük vəsiqəsini öz biliyin, savadın hesabına almaq nəinki çətindir, ümumiyyətlə mümkün deyil. Artıq çoxlarına bəllidir ki, uzun illərdir polis sistemində müxətlif vəzifələrdə çalışan və ən sonda Sumqayıt şəhərindəki 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinə təyinat alan "Polad" ləqəbli Mirəli Şixəliyev dövlət idarəsində əsl bazar mühiti yaradıb. Məhz elə bu səbəbdən də hazırda Sumqayıt "MERO"da sürücülük vəsiqəsinin qiyməti 800-1200 manat civarında dəyişir". Sumqayıt şəhərindəki 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsində hökm sürən özbaşınalıqlardan əziyyət çəkən şəhər sakinlərinin sözlərinə görə, avtomobillərini texniki müayinədən keçirtmək üçün "MERO"ya gələnləri "Polad" ləqəbli Mirəli Şixəliyev əməlli-başlı peşman edir. Bundan başqa nömrə, sürücülük vəsiqəsi almaq istəyən vətəndaşlardan dövlət rüsumundan əlavə "rüsum" tələb olunur. Qeyd edək ki, mənbənin məlumatında o da bildirilir ki, qanunu tələb edən sürücülər "MERO" rəisinin adamları tərəfindən təsir və təzyiqlərə məruz qalırlar: "Polad" ləqəbli Mirəli Şixəliyev elə böyük bir şəbəkə qurub ki, şikayətçi adamlara bu cür dərs vermək iqtidarındadır. Yalandan salırlar kompüterə, guya imtahan verirsən, amma pulunu verməsən, bütün suallara yüz faiz düzgün cavablar yazsan belə keçə bilməyəcəksən. Buna görə də kompüterlə imtahan da boş şey, sadəcə oyun, görüntüdür. Görün, vəziyyət hansı hala çatıb ki, Sumqayıtda gözü kor, əli-ayağı şikəst, bir sözlə avtomobili idarə etmək imkanı məhdud olan şəxslər belə, asanlıqla sürücülük vəsiqəsi əldə edirlər. Maraqlı məqam ondadır ki, həmin şəxslər heç "yezda"nın nə demək olduğunu belə bilmirlər. Kimdir Sumqayıtda bu rəzaləti törədən? Təbii, "Polad" ləqəbli Mirəli Şixəliyev. Sumqayıt şəhərindəki 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsində real vəziyyət belədir. Deyilənlərə görə, "Polad" ləqəbli Mirəli Şixəliyevin müxtəlif yollarla topladığı sərvətin ucu-bucağı yoxdur. Odur ki, müvafiq qurumlar Sumqayıt "MERO" ilə bağlı genişmiqyaslı araşdırma aparmalıdırlar. Əgər bu baş tutsa, o zaman çoxlarına bəlli olmayan sensasion xarakterli faktların üstü açıla, Mirəli Şıxəliyevin əməlləri ifşa oluna bilər".Bakıda 99- -888 dövlət nömrə nişanlı avtomobillər kimə məxsusdur?Bu arada, keçən sayımızda qeyd etdiyimiz kimi, "Polad" ləqəbli Mirəli Şixəliyevin 10-a yaxın əzəmətli, kifayət qədər bahalı villası var. Onlardan 1-i Novxanıda, 3-ü Masazır gölünün kənarında, qalanları isə Şamaxı rayonundadır. Mənbənin bildirdiyinə görə, Mirəli Şixəliyev Şamaxı Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışdığı dönəmlərdə rayon ərazisindəki ən məhsuldar torpaqlara sahiblənib: "Belə ki, "Polad" ləqəbli Mirəli Şixəliyev Şamaxıda polis rəisi vəzifəsində çalışarkən 100 hektarlarla torpaq sahəsini, eləcə də bütün meşə torpaqlarını zəbt edib. Hazırda həmin torpaqlar onun qohumlarının, yaxın adamlarının adınadır. Bundan başqa, Sumqayıt "MERO"nun rəisinin Şamaxıda 5 villası var. Onlardan 2-si Çuxuryurdda, 1-i Şamaxıya gedəndə yolun üstündə, 2-si isə Abaxlı kəndindədir. Onu da nəzərinizə çatdırım ki, "Polad" ləqəbli Mirəli Şixəliyev hörmətli bir şəxslə qonşudur. Onun villalarının dəyərinə gəlincə, onların hər birinin qiyməti 5-7 milyon civarındadır". Məlumatlı şəxs iddia edir ki, "Polad" ləqəbli Mirəli Şixəliyev sahib olduğu villaların bir qismini Şamaxı Rayon Polis Şöbəsinin rəisi olduğu vaxt, qalanlarını isə Sumqayıt "MERO"nun rəisi vəzifəsində çalışdığı dönəmdə inşa etdirib: "Yəni Şamaxıdakı villalar Sumqayıt şəhərindəki 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi olduğu dövrdə tikilib. Bu arada, onu da qeyd edim ki, "Polad" ləqəbli Mirəli Şixəliyev bir müddət öncə yeznələrinə 3 bahalı "cip" alıb. Və onların hər biri 99- -888 dövlət nömrə nişanlıdır. Hələlik həmin avtomobillərin orta hərflərini dəqiqləşdirmək mümkün olmayıb. Lakin tezliklə bu barədə də məlumat verəcəm. İndi isə onu deyə bilərəm ki, əgər Bakıda 99- -888 dövlət nömrə nişanlı avtomobil görsəniz, bilin ki, onların sürücüsü ya Sumqayıt "MERO"nun rəisinə, ya da onun yaxınlarına aiddir".
"MERO" rəisinin qudası Məmmədağa İbrahimov Elşad Abdullayevə mağaza bağışlayıb
"Polad" ləqəbli Mirəli Şixəliyevin keçmişi ilə bağlı kifayət qədər informasiyaya sahib olduğunu vurğulayan mənbənin sözlərinə görə, o, Kürdəmir Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışdığı dönəmlərdə, əslən Kürdəmir rayonundan olan, hazırda fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevlə yaxın münasibətdə olub: "Onlar o qədər yaxın olublar ki, hətta bir-birlərinə qiymətli hədiyyələr də bağışlayıblar. Buna misal olaraq, Sumqayıt "MERO"nun rəisi "Polad" ləqəbli Mirəli Şixəliyevin qudası, "Təzə Bazar"ın rəhbəri Məmmədağa İbrahimovun Elşad Abdullayevə adıçəkilən bazarın içində nəhəng bir mağazanı bağışlamasını göstərmək olar. Həmin mağaza ABU rektorunun qardaşının adına sənədləşdirilib".Bildiyiniz kimi, "Polad" ləqəbli Mirəli Şixəliyevin yaxın qohumlarından biri də Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin sabiq rəisi Ramiz Nəbiyevdir. Bu həmin şəxsdir ki, oğlu 1988-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu Elvin Nəbizadə 2 il öncə "facebook"dakı şəxsi səhifəsində paylaşdığı bahalı avtomobil şəkilləri və pul valyutaları ilə diqqət mərkəzinə düşmüşdü. Belə ki, o, dollar və manat əskinaslarından "222" rəqəmini düzəltmişdi. Bu rəqəm onun Almaniya istehsalı olan "Volkswagen" markalı avtomobilinin nömrəsidir (10-VJ-222). Onu da qeyd edək ki, atasının ona hədiyyə etdiyi bahalı avtomobillərlə, sahib olduğu sərvəti ilə öyünən Elvin Nəbizadənin böyük qardaşı "Polad" ləqəbli Mirəli Şixəliyevin kürəkənidir. Bəli, həmin vaxt Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi vəzifəsindən kənarlaşdırılan Ramiz Nəbiyev Sumqayıt "MERO"nun rəisinin qudasıdır".Xülasə, bütün bunları nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovdan, eləcə də digər müvafiq qurumların rəhbərlərindən Sumqayıt "MERO"nun rəisi, "Polad" ləqəbli Mirəli Şixəliyevin fəaliyyətinin araşdırılmasını, adıçəkilən idarədə genişmiqyaslı yoxlamaların aparılmasını xahiş edirik. Çünki bu, bir çox mətləblərə aydınlıq gətirə, ciddi neqativ halların, qanun pozuntularının üstünün açılmasına şərait yarada bilər. Sonda onu da nəzərinizə çatdıraq ki, yaxın günlərdə "Polad" ləqəbli Mirəli Şixəliyevə məxsus olan villalarla bağlı maraqlı video görüntüləri yayımlayacağıq. Bizi izləyin!
gündelik baki