Beynəlxalq Bankın Gəncə filialında yoxlamalar başladı - Sabit Fətizadə təşviş içərisindədir

22-06-2015, 16:54           
Beynəlxalq Bankın Gəncə filialında yoxlamalar başladı - Sabit Fətizadə təşviş içərisindədir
Qafqaz Xəbər Agentliyi olaraq ötən sayımızda Beynəlxalq Bankın Gəncə filialının müdiri Sabit Fətizadə ilə bağlı dərc etdiyimiz məqalədə onun ağılagəlməz əməllərindən bəhs etmişdik. Qısa xatırlatma üçün bildirək ki, sirikon daşların həvəskarı olan bank rəhbəri bu daşları brilliant əvəzinə banka girov qoyaraq qohumlarının adına külli miqdarda kredit götürüb. Bu yolla əlində milyonlarla pul cəmləşdirən Sabit Fətizadə Gəncə və Bakı şəhərlərində xeyli sayda mülk sahibi olub. Məqalədə o da qeyd olunurdu ki, Sabit Fətizadə maliyyə nazirnin müavini İlqar Fətizadənin qardaşı oğludur. Və onun karyerasında əmisinin böyük rolu var. Bu gün redaksiyamıza daxil olan məlumata görə, Beynəlxalq Bankın Gəncə filialında yoxlama başlayıb və yoxlamaya gələnlər Sabit Fətizadəni yaxına buraxmırlar. Ancaq Fətizadə yaxınlarından birinə deyib ki, ən son məqamda Gəncə şəhərindəki “Texnologiya” adlanan yerdəki mülklərini satışa çıxarıb məsələni bağlayacaq. Hətta bununla razılaşmasalar, Çexiyadakı hotelini satışa çıxaracaq. Mənbənin verdiyi məlumata görə, Çexiyadakı hotelindən nigaran qalan filial müdiri Beynəlxalq Bankın rəhbərliyindən icazə alıb, hər üç aydan bir Avropadan özünə avtomobil gətirmək adı ilə səfərə çıxırdı. İndi isə vəziyyət ağırlaşıb, yoxlama gəlib oturub Gəncə filialında. Ötən yazımızda Sabit Fətizadənin maliyyə nazirinin birinci muavini İlqar Fətizadənin əmisi oğlu olduğunu qeyd eləmişdik. Redaksiyamıza daxil olan məlumatda Sabit Fətizadənin digər əmisi oğlu, “Çotkiy” ləqəbli Zaur Fətizadənin Vergilər Nazirliyinin “generalı”, nazir Fazil Məmmədovun ən istəkli adamı olduğu bidirilir. Ona görə də Sabit Fətizadə əmisi oğlanlarına nə qədər güvənsə də, son aylar “Bandotdel”ə “səfər edən” bankir dostlarını gözünün qabağına gətirib xeyli təşviş keçirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.