İqtisadiyyat Naziri cənab Şahin Müstafayevi Göyçay rayonuna dəvət edirik - ŞİKAYƏT

29-06-2017, 09:18           

teref.az-nun poçtuna Arif Əliyevin "Göyçay-Avtonəqliyyat" ASC-nin həyətində qanunsuz yaratdığı bazarla bağlı yeni şikayət məktubu daxil olub. Şikayətçilər yazırlar:
Bir neçə gün öncə Arif Əliyevin "Göyçay-Avtonəqliyyat" ASC-nin həyətində qanunsuz yaratdığı bazarda baş alıb gedən dəhşətli antisanitariya şəraiti barədə İqtisadiyyat Naziri cənab Şahin Mustafayevə şikayət ərizəsi ilə müraciət etmişdik.Bundan sonra əl-ayağa düşən "Göyçay-Avtonəqliyyat" ASC-nin sədri Arif Əliyev tədbir görüb təmizlik səliqə səhman yaratmaq və antisanitariyanın aradan qaldırmaq əvəzinə saxtakarlığa əl atmışdır.Belə ki, "Göyçay-Avtonəqliyyat" ASC-nin sədri Arif Əliyev qanunsuz yaratdığı bazarda işləyən bir neçə şəxslərə təzyiq göstərərək özünün yazıb tərtib etdiyi saxta tərif ərizəsinə imza etdirərək Prezident İlham Əliyevə və İqtisadiyyat naziri Şahın Mustafayevə göndərmişdir. Şikayətçilər teref.az-ya yazırlar, guya həmin ərizəyə imza edən şəxslər Prezident İlham Əliyevdən və İqtisadiyyat Naziri Şahin Mustafayevdən xahiş edirlər ki, bu bazar qnunu fəaliyyət göstərir burada şərait yaxşıdır biz burada qalıb işləmək istəyirik, Arif Əliyevin fəaliyyətindən razıyıq.
Ancaq əslində təqdim edilən fotolardan göründüyü kimi sözü gedən bazar antisanitariya şəraitində işləyir ki, nəticədə insanların həyat və sağlamlıqları ciddi təhlükə qarşısındadır.Burada bazar qanunsuz fəaliyyətdədir.Yerində araşdırma aparılmalıdır ki, "Göyçay-Avtonəqliyyat" ASC-nin həyətində fəaliyyət göstərən bazarda hansı antisanitariya şəraiti höküm sürür.Belə antisanitariya şəraiti nəinki satıcıların və alıcıların həttda heyvanında həyatına ciddi təhlükə yaradır.Azərbaycan Respublikasında ikinci belə bir antisanitar yararsız şəraitdə qanunsuz fəaliyət göstərən bazar yoxdur. "Göyçay-Avtonəqliyyat" ASC-nin sədri Arif Əliyev mətbuatda gedən haqlı narazılıqlardan nəticə çıxarmaq əvəzinə belə saxtakarlığa əl atsada onun barəsində heç bir qanunu tədbirlər görülmür.Nəticədə də cəzasızlıqdan dahada azğınlaşan Arif Əliyev saxta yalan məktublar ərizələr göndərməklə Prezident İlham Əliyevi və İqtisadiyyat Naziri Şahin Mustafayevi aldadır.Atalar yaxşı deyib "Görünən dağa bələdçi lazım deyil" Cəzasızlıqdan azğınlamış Arif Əliyevin tərtib edib prezidenti və naziri aldatdığı saxta ərizələrə inanmaq lazım deyil bizim yazdığımız dəhşətli mənzərəni yerində gəlib araşdırıb ciddi təsirli tədbirlər görməyə zərurət var.Mətbuat vasitəsi ilə İqtisadiyyat Naziri cənab Şahin Mustafayevə müraciət edib xahiş edirik özünüz şəxsən Göyçay rayonuna gəlib yazdığımız faktları yerində araşdırıb gözünüzlə görüb ciddi tədbirlər görəsiniz.Bu antisantariya şəraitində olan yayarsız "bazar"-ın fəaliyyəti dayandırılmalı və saxtakar Arif Əliyevin cinayət əməlləri araşdırılıb barəsində ciddi tədbirlər görülməlidir.

İmza Göyçay rayon sakinləri

Səmədova Vəcihə Firuddin qızı Feyzullayeva Durnisə Qüddəsər qızı Vəliyeva Güllü Fərman qızı Umudova Səmayə Çingiz qızı
Məmmədov Tahir Kamal oğlu
Süleymanov Bahadur Nurməmməd oğlu
İxtiyarov Neman Vəzir oğlu
Dadaşov Piralı Qulam oğlu
Yusifova Nərgiz Rafiq qızı
Nuriyev Oruc Cavad qızı
Əliyev Cavid Şahin oğlu
Hüseynov Süleyman Abdulla oğlu Piriyev Azər Ələsgər oğlu (055) 962-12-12
teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə və işıqlandırmağa hazırıq!
teref.az






























Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.