Göyçay rayonunda Hümmət Abdullayevə "gözün üstə qaşın var" deyəın yoxdur - İTTİHAM
4-07-2017, 20:30
Göyçay rayonu S.Vurğun küçəsi ev 43 sakini İsayev Rafiq Vasif oğlu tərəfindən
MƏKTUB
Qanunsuz bizneslə məşğul olan Hümmət Abdullayev Göyçay rayonunda iri obyektlərə, zavodlara sahibdir.Hümmət Abdullayevə məxsus olan Göyçay rayonu Nizami küçəsi ərazisindaki Yanacaq Doldurma Məntəqəsi yaşayış evlərinin və geyim malları bazarının ortasında inşa edilib ki, bu insanların həyatlarını ciddi təhlükə qarşısında qoymuşdur.Həmin Yanacaq Doldurma Məntəqəsində dizel, benzinlə yanaşı maye qaz satışıda aparılır. Sanki burada böyük bir minalar basdırılıb ki, hər an partlayıb kütləvi qırğına səbəb olacaqdır.Hümmət Abdullayevə məxsus olan rayon ərazisində böyük kərpic zavod fəaliyyət göstərir. Həmçinin rayonun Nizami küçəsində yerləşən "Bolluq" supermarketi var, digər təzə obyektləri "Kapital" və "Paşa" banklara icarəyə vermişdir.Həmçinin "GöyçayAvtonəqliyyat" ASC-dəki çirkab içində olan bazarın sahibi Arif Əliyev adlı şəxs olsada əsil sahibi Hümmət Abdullayevdir.Hümmət Abdullayev "Göyçay-Avtonəqliyyat" ASC-nin sədri Arif Əliyevlə qudadır.Buna görə qanunsuz fəaliyyət göstərən həmin bazarın bağlanması üçün müvafiq komissiyanın verdiyi qərarı Göyçay rayon polis şöbəsi icra edə bilmir.Çünki Hümmət Abdullayev Daxili İşlər Nazirliyində yüksək vəzifədə işləyən generallardan birinə yaxşı görüm-baxım etdiyi üçün komissiyanın qərarı icra edilmir.
Hümmət Abdullayev qanunsuz yollarla əldə etdiyi kapitaldan Gürcüstanda mühacirətdə olan qohumuna gizli yolla ötürərək onun orada Azərbaycan hökumətinin əlehinə işlər aparmasına köməklik edir. "Kərpic" zavodunda istifadə edilən torpaqa görə bələdiyyəyə və vergiyə heç bir vergi ödəmir. Ancaq həmin torpağı daşımaqla ekologiyaya vurulan ziyanlar araşdırılmır.Göyçayda qanunsuz yolla pullar qazanıb mühacirətdə olan qohumunu maliyələşdirən Hümmət Abdullayevin qanunsuz fəaliyyəti araşdırılıb onun barəsində təcili tədbirlər görülməlidir.
İsayev Rafiq Vasif oğlu telefon 051 467-34-98
teref.az olaraq qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!
teref.az