Şirvan şəhər İcra Başçısının xəbəri varmı? Ulu Öndərin adını daşıyan prospektdə gəmiricilər at oynadır
5-07-2017, 11:01
Ölkə başçımızın regionlarin abadlaşdırılması, əsaslı təmir və tikintisi üçün dövlət büdcəsindən yetərli vəsait ayırması hamımıza bəllidir. Lakin bəzi məmurlrımız da var ki, Möhtərəm Prezidentimizin bu kimi alqışa layiq işlərinə məqsədli şəkildə kölgə salmaqla məşğuldurlar.
Bu xislətdə olan məmurlar barədə Möhtərəm Prezidentimiz layiqli tədbirlər görsədə təəssüf ki, bəzi necə deyərlər "Saman altından su yeridən" məmurlarımız hələki vəzifə başındadırlar. Vetenperverler.az ın internet ünvanına daxil olmuş bu kimi müraciətlər hədsiz dərəcədə çoxdur. Sayt olaraq vətəndaş müraciətlərini içtimailəşdirmək bizim borcumuzdur. İnternet ünvanımıza daxil olan müraciətlərdən biri bizim duqqətimizi çəkdi. Bu müraciət əsasında Şirvan şəhərində olan əməkdaşlarımız bütün reallığın canlı şahidi olmuşlar.
Müraciəti tam işıqlandırmasaqda bir neçə əsaslı halları Şirvan şəhər İcra Başçısı Mərdan Camalovun diqqətinə çatdırmağı özümüzə borc bildik. Şəhərin Ulu Öndər Heydər Əliyevin adını daşıyan prospektində bina evlərində yaşayan sakinlərin yaşayış vəziyyəti həddindən çox acınacaqlıdır . Sakinlər bidirir ki. binalarda Siçovulların əlindən yaşamaq qeyri mümkündür. Evlərin polları gəmiricilərin əlindən dəlik-deşik olub. Evdə qida məhsullarını gəmiricilərdən qorumaq qeyri mümkündür. Binaların zirzəmiləri kanalızasiya suları ilə dolub daşır. Bu səbəbdən də onsuzda ağcaqanadla dolu olan mənzillərdə yaşayış dözümsüz həddə çatıb. Mənzil Təsarrüfat idarəsinin xidməti otaqları da məhz sözü gedən ünvanda yerləşsədə cənab Eyyub Mirzə oğlu Gülməmmədov bu hallarla bağlı heç bir tədbir görmür. İşinin əsas mahiyyəti sakinlərdən "zibil pulu" yığdırmaq olan cənab Eyyub Gülməmmədov vətəndaşların narazılıqlarına məhəl belə qoymur.Bir dəfə işində yol verdiyi bu kimi nöqsanlar səbəbindən elə hal-hazırda çalışdığı vəzifəsindən azad olunan sonra isə müəmmalı şəkildə yenidən işənə qayıdanE. Gülməmmədov bir aralar necə deyərlər işinə vicdanla yanaşdı. Sonradan sanki"Pişik tək səbir asqırdı". Köhnə əmllərini yenidən işində gündəmə gətirən Müdir sanki "Burda mənəm Bağdadda Kor Xəlifə" ideyası ilə işləməyə başlayıb. Ulu Öndər Heydər Əliyevin adını daşıyan bir prospektdə Siçovulların hökmranlığı Şirvan şəhər Mənzil Təsərrüfat İdarəsinin müdiri Eyyub Gülməmmədova xüsusi zövq verir. Bu zövqun yaranma səbəbi bəlkədə bu gün Respublikamızın bütün dövlət qulluqçularının əsas iş prinsipi olan Heydər Əliyev Siyasi kursuna və Ulu Öndər Heydər Əliyev adına rəğbət və ehtiramdan irəli gəlir. Yoxsa Azərbaycanı dünyaya tanıdan, Dahi Şəxsiyyət, Ümummilli Lider Ulu Öndər Heydər Əliyevin adını əbədiləşdirən prospektdə bu biabırçı vəziyyətin yaranması səbəbi başqa nə ola bilər. Yəqin ki cənab Eyyub Gülməmmədov Ulu Öndərə olan sayqısı və adına hörməti belə olmazdı. İş otağında Ulu Öndərin və Möhtərəm Prezidentimizin Portretini başıvın üzərindən asmaq hara bu qədər laqeyidlik hara. Şəhərin kütləvi tədbirlərində canfəşanlıq nümayiş etdirən E. Gülməmmədov şəhərin deputatını addım-addım izləməklə sanki bütün vəzifə borcunu bitmiş hesab edir. Ancaq həmin izlədiyi deputata səs verən sakinlərin haqlı narazılıqları sanki cənab Eyyub bəyi heç vecinə də deyil.
Vetenperverler.az olaraq üzümüzü Şirvan Şəhər İcra Başçısı Mərdan Camalova tutub bildiririk ki, Ulu Öndər Heydər Əliyevin adını daşıyan prospektdə sakinlər gəmiricilərlə müştərək həyat yaşamaq məcburiyyətindədirlər. Szin lütf və inayətiniz sayəsində bu siçovulların təhlükəsindən qurtarmaq istəyirlər. Yəqin ki şəhərin səkilərinə diqqətlə yanaşaraq metlakı metlak üstündən düzdürən hörmətli İcra Başçısı M. Camalov bu siçovul problemini də tezliklə həll edəcək.
Yazıda adı çəkilən qurum və şəxslərin münasibətlərini işıqlandırmağa hazırıq.