Buraya sağlam gəlib xəstə olmaq olar - FOTOLAR

6-07-2017, 10:46           
Buraya sağlam gəlib xəstə olmaq olar - FOTOLAR
Buraya sağlam gəlib xəstə olmaq olar
Xanımların gözəl olması və qəşəng görünməsi təbiidir. Adətən deyirlər ki, gözəl olmayan xanım yoxdur, gözəlliyi görməyən gözlər var. Bütün bunlara baxmayaraq, xanımlarımız yenə də üz-gözlərinə əl gəzdirməklə bir az da gözəl görünməyə çalışırlar. Bunun üçün isə plastik əməliyyatlara və kosmetoloq həkimlərin təklif etdikləri müxtəlif kremlərə müraciət edirlər.

Şəhərimizdə də kosmetoloji tibbi klinikalar mövcuddur. Qadınların daha da gözəlləşməsi üçün üz tutduğu yerlərdən biri də “VİP STYLE” MMC-dir. Səbail rayonu Hüsü Hacıyev küçəsi 3-5-6 ünvanda yerləşən bu estetik Tibb Mərkəzi haqqında saytlarda və qəzetlərdə nədənsə, neqativ yazılar dərc olunur. Şikayətcilər isə bu klinikadan müxtəlif xarakterli zərər görənlərdir. Bakı şəhər sakini, şəhərimizin məşhur xəstəxanalarından birinin əməkdaşı Səidə Əliyeva da bu kilinikadan şikayətçidir. Redaksiyamıza müraciət edən S. Əliyeva bildirdi ki, onun bizə deyəcəkləri çoxdur. Ona görə də Səidə xanımla görüşüb hadisəni daha dərindən öyrənmək istədik. Görüşümüz zamanı Səidə xanımın üzünün qıpqırmızı yanması istər-istəməz diqqətimi çəkdi. Səidə xanım üzünə diqqətlə baxdiğımı görüb dedi:
- Təəccüblənməyin, mənim üzüm əvvəl belə olmayıb. Üzümü bu hala “VİP STYLE ” MMC –nin həkimləri və onların verdiyi kremlər salıb. Elə ona görə də sizi dəvət etmişəm ki, bu Tibbi Mərkəzin həkimi Fidan xanımın “yaradıcılığını” öz gözlərinizlə görəsiniz...
Səidə xanımın onların toruna necə düşdüyünə elə öz sözləri ilə aydınlıq gətirəcəyəm. Ancaq Səidə xanımla görüşə getməzdən əvvəl internetdə bu kilinika haqqında tanışlıq üçün axtarışlar etdim. Tibbi Mərkəz kimi fəaliyyət göstərmək üçün “VİP STYLE MMC” 06. 12. 2016 - cı ildən lisenziya alıb. Amma nədənsə 2016-cı ilin noyabırında bu Tibbi Mərkəzin işçisi olmuş Lalə Cəbrayılova, buradakı qanunsuzluqlardan və özbaşınalıqlardan bir neçə sayta şikyaət edib. Şikayətində L. Cəbrayılova bildirib ki, Mərkəzdə kremlər çox şişirdilmiş qiymətlərlə müştərilərə satılır. Gələnlər effektiv müalicə ala bilmir. Bir sözlə, xəstələrin başına oyun açıllar. L.Cəbrayılova şikayətində çox maraqlı bir məqama toxunaraq bildirib ki, masaj olunan qadınları gizli kameralarla çəkilər. Bəzi kişi işçilər isə bu görüntülərə baxıb əylənirlər.
“VİP STYLE” MMC–də sağlam adamı necə xəstə edirlər?-YENİLƏNDİ Başqa bir sayt isə 17 may 2017-ci il tarixdə "VİP STYLE MMC"-dən şikayətçi olan Bakı şəhər sakini Mehriban Əzizovanın fikirlərinə geniş yer verib. Məlum olur ki, M. Əzizovanın mobil telefonuna zəng edən xanım onu pulsuz müayinə adı ilə həmin Mərkəzə dəvət ediblər və burada olan xüsusi gipnozçular bir –iki saat ərzində müalicənin əvəzolunmazlığı, üzünün 15 yaşında qız kimi olacağı barədə moizələr oxuyublar. Eyni zamanda Mehriban xanımı çaya qonaq ediblər. Elə Mehriban xanım da şikayətində bildirib ki, ona nə oldusa, çayı içəndən sonra oldu. M. Əzizova iddia edib ki, çaya nəsə qatılıb və o çayı içəndən sonra özündə olmayıb. Bu halından istifadə edərək, ona hansısa müqaviləyə qol çəkdiriblər və 3600 manat dəyərində olan kiremləri ona verib, yola salıblar. Sonrakı günlərdə M. Əzizova nə qədər bildirsə də ki, o nəyə qol çəkdiyindən xəbərsizdir və kasıb olduğundan 3600 manat dəyərində olan kremlər ona lazım deyil... Ancaq kimə deyirsən? Bu Tibbi Mərkəzin həkimləri ona “xox” gələrək, imzaladığı müqavilə ilə hədələyiblər.
***
Bütün bunlar “VİP STYLE MMC” haqqında kiçicik araşdırmalar nəticəsində ortaya çıxan faktlar idi. Amma Səidə Əliyevanın üzünü yandırmaqla başına açılan oyunları görəndən sonra əvvəlkilərə şükür etməli olursan. Yaxşısı budur gəlin S. Əliyevanın özünü dinləyək: "Bir gün telefonuma zəng edərək bildirdilər ki, "VİP STYLE" MMC-dən narahat edirlər və guya mənim telefon nömrəm kupona düşüb, ona görə də məni pulsuz müayinə üçün klinikaya dəvət edirlər. Üstəlik bildirdilər ki, ilk prosedur pulsuzdur, istəsəniz yoxlaya bilərsiniz. Əvvəlcə bildirdim ki , mənim üzümün dərisi nazikdir, buna görə hər hansı problem olmaz ki? Cavab verdilər ki, narahat olmayın , biz pasientləri “Salvador Dali “ prosedurları ilə mualicə edirik. Sonra zəng edənin kimliyini, telefon nömrəmi haradan əldə etmələri barədə uzun-uzadı sorğu-sual etdim. Bildirdilər ki, mənim telefon nömrəmi Ülviyyə adlı bir xanımdan əldə ediblər. Mən fikirləşmək üçün on dəqiqə vaxt istədim və dərhal Ülviyyə xanımın kim olmasını araşdırmağa başladım. Məlum oldu ki, mənim belə bir tanışım var. Onunla əlaqə saxladım və bildirdi ki, ona da zəng edib klinikaya dəvət ediblər, o, razılaşmadıqda xahiş ediblər ki, heç olmasa 10-15 tanışının telefon nömrəsini versin. Bildiriblər ki, bu nömrələri ona görə istəyirlər ki, onlarda olduqca keyfiyyətli kosmetik vasitələr var və həmin kosmetikaları xanımlara təklif etmək istəyirlər. Ona görə, də mənim telefon nömrəmi verib. Bundan sonra qərara gəldim ki, heç olmasa, üzümün dərisini müayinə etdirə bilərəm".
“VİP STYLE” MMC–də sağlam adamı necə xəstə edirlər?-YENİLƏNDİ Səidə xanımı dinlədikcə və yanmış üzünə baxdıqca dəhşətə gəlirsən ki, belə də həkimlik olarmı? Adam da peşəsinə belə laqeydcəsinə yanaşarmı? Səidə xanım söbətimiz zamanı bildirdi ki, məni belə yandıranlara qanunların bütün gücüylə istifadə etməklə od vuracağam. Yenə də Səidə xanımı dinləyək: "Məni olduqca yüksək səviyyədə qarşıladılar, çaya, qəhvəyə dəvət etdilər, işçi xanımlar olduqca işgüzar görünürdü. Müştərilər də kifayət qədər idi. Məni ilk proseduraya dəvət etdilər, dərhal bildirdilər ki, üzümün dərisində problem var, dərhal müayinədən keçməli, lazımi analizləri verməliyəm. Sonra həkim müayinə edərək bildirdi ki, narahat olmayın, üzünüzün dərisindəki bütün problemlər aradan qaldırılaraq, bütün lazımi prosedurlar həyata keçiriləcək və "biz sizi kukla kimi bir xanım edəcəyik".
Ancaq təqdim etdiyimiz şəkillərdən də gorünür ki, bu həkimlər Səidə xanımı nəinki kukla kimi ediblər, hətta özünün mövcud gözəl görnüşünü də tamam korlayıblar. Ona görə də Səidə xanım onlardan indiyə qədər xərclədiyi 3300 manat pulun qəpiyinə qədər geri qaytarılmasını tələb edir. Əks təqdirdə bu kilinika ilə məhkəmədə görüşəcəyini bildirir.
Səidə Əliyeva ilə söbətimizdən sonra KİV qanunlarına uyğun olaraq əks tərəfin də mövqeyini öyrənmək istədik. Bu məqsədlə kilinikanın bizə verilən 055-400... saylı mobil telefona zəng etdik. Özünü Natəvan kimi təqdim edən xanımdan baş həkimlə danışmaq istədiyimi bildirdim. Natəvan xanım mənim bu istəyimə belə cavab verdi: ”Sizin mobil telefonun nömrəsini baş həkimə verəcəyəm və gün ərzində özü sizinlə əlaqə saxlayacaq”. Bu zaman verdiyim “baş həkimin adı necədir?”- suala Natəvan xanım yenə eyni sözləri təkrar etməklə cavab verdi: ”Baş həkim özü sizinlə əlaqə saxlayacaq” . Bir neçə dəfə baş həkimin adını öyrənməyə cəhd etsəm də qeydiyyat şöbəsinin əməkdaşı olan Natəvan xanım partizan kimi susaraq sirri ələ vermədi.
Daha sonra klinikanın 055 -505 ... telefonuna zəng etdik. Özünü operator Pəri kimi təqdim edən xanım da Natəvan xanımın dediklərindən artıq heç nə demədi. Tutuquşu kimi eyni sözləri təkrar etdi: ” Sizin nömrənizlə baş həkim gün ərzində əlaqə saxlayacaq”. Pəri xanım da partizan kimi susaraq , baş həkimin adının necə olduğunu demədi. Bir neçə dəfə soruşsam da baş həkimin adını öyrənə bilmədim.
“VİP STYLE” MMC–də sağlam adamı necə xəstə edirlər?-YENİLƏNDİ Maraqlıdır, görəsən “VİP STYLE ” MMC hərbi obyekt , baş həkim də gizli silah buraxan istehsalçıdırmı ki, onun adını heç kəs demək istəmir? Pəri xanımla səmərəsiz danışıqdan sonra, Səidə xanımı mualicə edən həkim Fidan xanımın 077 ilə başlayan mobil telefonuna zəng edib, baş vermiş hadisə barədə mövqeyini öyrənmək istədim. Fidan xanım bir az narazılıq edərək, bildirdi ki, həyat yoldaşı olmadığından tanımadığı bir kişinin ona zəng etməsi düzgün deyil. Cavab olaraq bildirdim ki, həkim olduğunuz üçün sizə istənilən adam, istər kişi, istər qadın olsun, fərqi yoxdur, zəng edə bilər.
Mənim nəzakətli danışığım Fidan xanımın bəzi mətləblər barədə məlumat verməsinə səbəb oldu. Fidan xanımın dedikləri: ” Səidə xanımın bizim haqqımızda söylədikləri şər və böhtandır. Mualicəmiz və kremlərimiz olduqca keyfiyyətlidir. İndiyə qədər bizdən şikayət edən olmayıb. Xanımın müalicəsi düzgün aparılıb və biz tərəfdən heç bir problem yoxdur. Bizdə dəqiq məlumat var ki, Səidə xanım mualicə dövründə xarici ölkədə olub. Ola bilər orada üzünü soyuğa verib. Üzün elə yanması ya hədsiz dərəcədə istidən, ya da soyuqdan baş verə bilər. Biz tərəfdən onun üzündə heç bir istilik proseduru aparılmayıb. Deməli, xanım hardasa üzünü soyuğa verib”
Maraqlıdır ki, Fidan xanım buzlu su ilə mualicəni Səidə xanıma özü şəxsən məsləhət görüb və öz əli ilə bu barədə resept də yazıb. Həmin reseptin şəklini təqdim edirəm. Yəqin Fidan xanım öz xəttini tanıyacaq. Deməli, Fidan xanım yazdığı resept də qeyd edib ki, qazsız meneral suya 2 damcı limon suyu qarışdırıb buzxanaya qoymaq və alınan buzlu kubikləri hər səhər üzə çəkmək lazımdır. Səidə xanım da bir həftə məsləhətə əməl edəndən sonra, üzündə qaşınmalar əmələ gəldiyindən proseduru dayandırıb. Bəs görəsən “hardasa üzünü soyuğa verib” – deyən Fidan həkim özünün yazdığı bu resepti niyə unudub?
Fidan xanım da söbətimiz zamanı baş həkimin adını mənə demədi. Ancaq özünü müdafiyə üçün söz deməyə məəttəl qalmırdı:”Səidə xanım hara şikayət etsə də, bizim heç nədən qorxumuz yoxdur. Çünki işimizi və mualicəmizi düzgün aparırıq. Mənim də nömrəmi Səidə xanım sizə çox nahaq verib. Xahiş edirəm bir də məni narahat etməyin”
Nəhayət, baş həkimin köməkçisi Fatimə xanımla danışa bildik. Fatimə xanım çox səbrlə və nəzakətlə bütün suallarımızı cavablandırdı. Birinci olaraq yenə baş həkimin adını soruşdum və bildirdim ki, işçiləriniz niyə onun adını hərbi sirr kimi qoruyurlar? Cavab verdi ki, burada heç bir sirr yoxdur, baş həkim Samirə Məcidovadır. Təbii ki, Fatimə xanımndan verdiyim suallara aldığım cavablar Tibbi Mərkəzin xeyirinə idi. Fatimə xanımın dedikləri:” Biz Səidə xanımla burada bir neçə dəfə söhbət etmişik. Biz ona izah etməyə çalışırdıq ki, mualicə düzgün aparılıb ,verilən kremlər çox keyfiyyətli olub. O bizimlə razılaşmadı və üzünün yanmasında bizi günahkar bilir. Məsələ isə belə deyil. Görünür o ya xaricdə, ya da Bakıda başqa kilinikalara gedib. Bizim heç bir günahımız yoxdur. Əgər Səidə xanım hüquqi müstəvidə məsələni çözmək istəsə, buna da hazırıq.Çünki biz özümüzə arxayınıq ki, mualicəni düzgün aparmışıq.İndiyə qədər heç kəs bizdən şikayət etməyib, hamı razılıq edir.”
“VİP STYLE” MMC–də sağlam adamı necə xəstə edirlər?-YENİLƏNDİ Fatimə xanıma belə bir məsələni xatırlatdım. Deyirsiniz ki, bizdən heç kəs şikayət etməyib. 2016-cı ilin noyabrında tərəfinfo.az sayıtında işçiniz olmuş Lalə Cəbrayılova masaja gələn qadınları yarıçılpaq şəkildə gizli kamera ilə çəkilməsindən, xalqxeber.az sayıtının 17 may 2017 –ci il buraxılışında Mehriban Əzizova adlı bir xanımın çayına dərman qarışdırıb, özündə olmayandan sonra istədiyiniz müqaviləyə qol çəkdirməyinizdən və 3600 manatlıq kremləri halsız vəzyyətdə ona verməyinizdən söhbət açmışdılar. İndi isə S.Əliyevanın məlum şikayəti ortaya çıxıb. Bunlar barədə nə deyə bilərsiniz?
- Lalə Cəbrayılova adında işçimiz olub, lakin onun dediklərinin heç bir əsası yoxdur. Mehriban Əzizova adlı isə, ümumiyyətlə pasientimiz olmayıb. Səidə Əliyeva ilə bağlı məsələyə də aydınlıq gətirdik ki, onun üzü bizdə yanmayıb.
- Fatimə xanım, istəyirəm bir barışdırıcı missiya həyata keçirim. Bəlkə baş həkim Samirə xanımla danışasınız və Səidə xanımın sizin kremlərə və müalicəyə xərclədiyi 3300 manatı qaytarasınız və bununla da məsələ bağlansın. Çünki Səidə xanım pulunu almayacağı təqdirdə məhkəməyə müraciət etmək niyyətindədir. Artıq vəkili ilə məsləhətləşmə prosesini başa çatdırıb və məhkəmədə iri məbləğdə maddi və mənəvi təzminat məsələsini qaldırmaq istəyir. Amma sizin kilinika üçün 3300 manat çox kiçik məbləğdir. Siz o pulu qaytarmaqla həm problemdən azad olarsınız, həm də öz nüfuzunuzu qoruyaraq adınıza qəzetlərdə və saytlarda xələl gəlməsinə imkan verməyəcəksiniz. Siz indiyə qədər heç olmasa, həkimlərinizin başına açdıqları oyunlara görə Səidə xanıma üzürxahlıq da etməmisiniz. Xahiş edirəm mənim bu təklifimi baş həkimə çatdırın ki, məsələnin daha da böyüməsinin qarşısı alınsın.
- Mən bunları baş həkimə çatdıraram.
Bir xeyli keçəndən sonra Fatimə xanımla telefonda yenə belə bir söbətimiz oldu.
- Elçin müəllim, mən sizin barışdırıcı misyanızı baş həkim Samirə xanıma çatdırdım. O bu təklifinizə görə sizə təşəkkür etdi.Bildirdi ki, Səidə xanımın istifadə olunmamış 1100 manatlıq kremi qalıb ki, biz də yalnız o məbləği qaytara bilərik.
- Fatimə xanım, bəlkə də Səidə xanımın o 3300 manat pula ehtiyacı yoxdur. Söhbət burada onun üzünün çox pis hala salındığına görə prinsipdən gedir. Bəlkə mən Səidə xanımdan xahiş edim, sizin edəcəyiniz üzürxahlıqla kifayətlənsin və daha başqa yerlərə şikayət etməsin. Belə mümkündürmü?
- Səidə xanım pul qaytarılmadan edəcəyimiz üzürxahlıqla razılaşarmı?
- Mən indi zəng edib Səidə xanımla danışandan sonra sizə məlumat verərəm.
Elə bu dialoqdan da aydın olur ki,“VİP STYLE ”MMC –nin həkimləri doğrudan da Səidə Əliyevanın üzünü yandıraraq üzqaralıq ediblər. Əgər belə olmasaydı, onda nəyə görə Fatimə xanım razılaşacağı təqdirdə Səidə xanımndan üzr istəməyə hazırdırlar? Axı özlərinin iddia etdikləri kimi, heç bir günahları yoxdursa, niyə üzr istəməlidirlər? Hər halda Səidə xanımın fikirlərini öyrənmək lazım idi. Məlumat üçün qeyd edim ki, bütün bu söhbətlər 04. 06. 2017 –ci il tarixində baş vermişdir.Məsələni bilən S. Əliyeva belə dedi: “Üzürxahlıq edən, əvvəldən edərdi . Yoxsa öz günahlarını mənim boynuma atmazdılar. Lazım deyil mənə onların üzürxahlıqları. Mən xərclədiyim 3300 manat pulu qəpiyinəcən geri tələb edirəm. Bir də onların kilinikasına getməklə özümü alçaltmaram. Zəhmət çəkib həmin pulu kiminləsə 05.07.2017–ci il, səhər saat 10:00 qədər çatdırsınlar.Onda onlardan əl çəkərəm. Yoxsa həmin vaxtdan sonra vəkilim hazırlanmış sənədləri məhkəməyə təqdim edəcək . Mənim üzümü bu günə qoyub çəkdirdikləri mənəvi əzaba görə, onları hüquqi yolla cəzalandıracağam”.
Bu fikirləri baş həkimin köməçisi Fatimə xanıma çatdırandan sonra cavabı belə oldu: “Yox, biz ona pul qaytara bilmərik. Ancaq dediyimiz kimi 1100 manatlıq işlənməmiş kremin pulunu qaytara bilərik. Hər pasientə pul qaytarsaq, bəs onda bu boyda Tibbi Mərkəzi, işçiləri neçə saxlayarıq? Eybi yox, məhkəməyə müraciət edir, qoy etsin. Biz də öz haqqımızı müdafiə etməyi bacarırıq”.
Göründüyü kimi, məsələ o qədər də sadə deyil və bu xəmir hələ çox su aparacaq. Əlbəttə, kimin haqlı, kimin haqsız olduğunu məhkəmə müəyyən edəcək.
Sonuncu aldığım məlumata görə, S.Əliyeva dediyi vaxtda da, məhkəməyə müraciət edib. Təbii ki, biz də bu məslələni gündəmdə saxlayacağıq. \\tezadlar.az\\



















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.